SON XƏBƏRLƏR

İran yenidən “FATF”in qara siyahısına salınıb

2021.10.20, 07:36
İran yenidən “FATF”in qara siyahısına salınıb

Gunaz.tv

GünazTV: İran İslam Respublikası yenidən “FATF”in qara siyahısına salınıb. Bu barədə, fevralın 21-də Parisdə keçirilən “FATF”in 6 günlük iclasının sonunda bəyanat yayılıb.

 

Bəyanatda, İrana verilən son möhlətin bu gün başa çatdığı bildirərək, islam respublikasının “FATF”ə və onun konvensiyalarına qoşulmadığına görə yenidən qara siyahıya salındığı elan edilib.

 

Dünyada çirkli pulların yuyulmasına qarşı mübarizə aparan,  Maliyyə Hesabatları Hazırlayan Xüsusi İşçi Qrupu (FATF) təşkilatının yaydığı bəyanatında bildirilir ki, bundan sonra quruma üzv ölkələr İranla bağlı ehtiyat tədbirləri görərək, onunlamaliyyə əlaqələrində və pul köçürmələrində müstəqil şəkildə əməl edə bilərlər: “Quruma üzv ölkələr, öz bank sistemlərinin İranın bank sistemi və pul köçürmələri vasitəsilə çirkli pulların yuyulmasında mümkün iştirakından və ya terrorçu fəaliyyətləri maliyyələşdirməsindən qorumaq üçün müstəqil şəkildə əməl edə, addım ata bilərlər” -deyə, “FATF”in yaydığı bəyanatında bildirilir.

 

 Fevralın 16-da Parisdə öz işinə başlayıb və 6 gün davam edən “FATF”in son iclası bu gün başa çatıb. FATF-ın İrana çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə bağlı fəaliyyətini dayandıraraq quruma qoşulması üçün verdiyi son möhlət bu gün başa çatıb.

 

Qurum, İranın FATF-ə qoşulması və onun layihələrinə əməl etməsi üçün bir neçə dəfə Tehrana möhlət versə də, İran rejimi hər dəfə müxtəlif bəhanələrlə FATF-ə qoşulmaqdan boyun qaçırıb.

 

 

Qeyd edək ki, İranda hökumət və bəzi millət vəkilləri FATF layihələrinə qoşulmağın tərəfdarı olsalar da, əksəriyyətini mühafizəkarlar təşkil edən Xamneyiyə yaxın cərəyanlar və şəxslər İranın bu təşkilata qoşulmasına qarşı çıxırlar. Onlar, hesab edirlər ki, İran rejiminin sözügedən layihələri qəbul edib onlara əməl etməsi, islam respublikasının regionda “Həmas”, “Hizbullah” və bu kimi digər terrorçu və təmsilçi qruplaşmalara yardımının və onun regionda apardığı qanunsuz fəaliyyətlərinin məhdudlaşdırılması ilə nəticələnə bilər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar