SON XƏBƏRLƏR

İran: Yoxsulları yoxsul edən neft sərvəti

2021.10.20, 07:36
İran: Yoxsulları yoxsul edən neft sərvəti

Gunaz.tv
İran: Yoxsulları yoxsul edən neft sərvəti 20070105093546beggar1-isna.jpg İran: Yoxsulları yoxsul edən neft sərvəti Neftlə zəngin bir çox ölkələrdə olduğu kimi İranda da daşınmaz əmlak bazarında əsil gəlhagəl hiss olunur. Tehranda evlərin qiyməti son aylar xeyli artıb. Belə görünür ki, tələbat da az deyil. Ev bazarının bahalaşması hələ heç də ölkənin gözəl güzaranından xəbər vermir. İqtisadçılar deyirlər ki, İran heç zaman belə zəngin olmayıb. Tehranda hər tində tikinti gedir. Hər yerdə onlarla ev ucalmaqdadır. Bu gəlhagəl qlobal neft qiymətlərinin birbaşa nəticəsidir. Şəhərin zənginlər yaşayan hissəsində elə mənzil var ki, onun qiyməti on milyonlarla dollardır. Qiymətlər durmadan artmaqdadır. Amma iqtisadçı Doktor Heydər Puriyan deyir ki, buna səbəb İran iqtisadiyyatının möhkəm olması deyil, əksinə zəifliyidir. O əlavə edərək bildirir ki, ev qiymətlərinin artması birbaşa olaraq hökumətin yeritdiyi ziyanlı siyasətdir. İranda bir çoxları kimi Doktor Heydər Puriyan da ölkənin iqtisadi problemlərində prezident Əhmədinecadı günahkar görür. "Cənab Əhmədinejad bol xərcləməyi xoşlayır, - deyir doctor Puriyan, - O ölkənin neft sərvətini və ondan əldə edilən gəlirləri yoxsullarla bölüşəcəyini vəd edib. Onun yeritdiyi populist siyasət, üstəgəl İranın artmaqda olan neft gəlirləri iqtisadiyyata əlavə pul gətirib. Amma o, iqtisadi imkanlar yarada bilməyib. Odur ki, adamlar öz pullarını ev bazarına yatırırlar”. Lakin İranda ev bazarına yatırım edənlər kimi, buna imkanı çatmayanlar da var. Tehranın gur bazarlarından birində əhval-ruhiyyə o qədər də yüksək deyil. Düyünün qiyməti son üç ayda üç dəfə artıb. Daxili inflyasiya ilə yanaşı qlobal qiymət artımı da baş verir. Paytaxtın cənub ərazilərində yaşayan orta təbəqəli Amini ailəsinin indi ət almağa imkanı yoxdur. Onlar əllərindəki bütün pulları kirayə üçün xərcləyirlər. Amini ailəsi çox qəzəblidir. Turaj Amini deyir ki, 30 ildir, bu hökumət şüarlar qışqırır, amma adamlar üçün heç nə etməyiblər. Hər gün o vəziyyətin pisləşdiyini və heç kimi gələcəyə ümidlə baxmadığını deyir. Neft gəlirləri belə yüksək olan halda, İran iqtisadiyyatı da inkişaf edə bilərdi. Əvəzində isə orta təbəqə yoxsullaşmaqdadır. /BBC/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar