SON XƏBƏRLƏR

İRAN ZƏFƏR ADLI RAKETLƏRİNİN İSTEHSALINA BAŞLADI

2021.10.20, 07:36
İRAN ZƏFƏR ADLI RAKETLƏRİNİN İSTEHSALINA BAŞLADI

Gunaz.tv

İRAN ZƏFƏR ADLI RAKETLƏRİNİN İSTEHSALINA BAŞLADI

İran Müdafiə Naziri General Əhməd Vahidinin qatıldığı mərasimdə Zəfər dəniz raketlərinin ardıcıl istehsalı rəsmi olaraq başladı.

İran havacılıq və Sənayi qurumunda təşkil edilən mərasimə Müdafiə Naziri General Vahidi də qatıldı ,və beləliklə Cruise ailəsindən olan Zəfər raketlərinin ardıcıl istehsalına başladıldı.

Mərasimdə danışan Vahidi, bundan əvvəl söz verdikləri kimi qısa mənzilli radar ilə idarə olunan Zəfər raketlərinin ardıcıl istehsalına başlandığını qeyd etdi.

Zəfər raketinin xüsusiyyətlərini bəyan edən Vahidi, raketin yüzdə yüz yerli və İranlı gənc mütəxəssislər tərəfindən hazırlanıb çıxarıldığını vurğuladı.

Savaş qorxusuyla yaşayan İran, son günlərdə ard ardına manevralar edir və yeni silahlarin emalatından danışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar