SON XƏBƏRLƏR

İrana bağlı yaraqlılar Suriyada kürd terrorçularına hücum ediblər- Türkiyənin əməliyyat keçirdiyi bölgələrdə

2021.10.20, 07:36
İrana bağlı yaraqlılar Suriyada kürd terrorçularına hücum ediblər- Türkiyənin əməliyyat keçirdiyi bölgələrdə

Gunaz.tv

GünAz TV: Suriyanın şimalında fəaliyyət göstərən kürd terror təşkilatlarının rəhbərlərindən biri İrana bağlı yaraqlıların hücumuna məruz qaldıqlarını bəyan edib.

 

O, həmin yaraqlıların kürd terroristlərinə oktyabrın 12-si axşam saatlarında, Deyr əz-Zorda yerləşən mövqelərindən zərbələr endirdiklərini bildirib.

 

Terror təşkilatının rəhbəri hücum nəticəsində ölən və ya yaralananların sayı barədə heç bir məlumat verməyib.

 

Qeyd etmək lazımdır ki, İran rəsmən Türkiyənin Suriyanın şimalında keçirdiyi anti-terror əməliyyatlarına qarşı çıxıb. Ölkə prezidenti Həsən Ruhani etdiyi çıxışda rəsmi Ankaranı əməliyyatları dərhal dayandırmağa çağırmışdı. Milli Məclisin spikeri Əli Laricani isə Türkiyəyə etiraz əlaməti olaraq, İstanbula edəcəyi rəsmi səfəri təxirə salmışdı.

 

Digər tərəfdən, İran media orqanlarında sözügedən əməliyyatın başlandığı tarixdən etibarən Türkiyə əleyhinə və kürd terror təşkilatlarını dəstəkləyən silsilə yazılar dərc edilir.

 

Belə olduğu halda, İrana bağlı terrorçuların kürd terrorçulara zərbələr endirməsi maraq doğurur.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar