SON XƏBƏRLƏR

İrana qarşı hərbi əməliyyatlar haqqında xəbərlər

2021.10.20, 07:36
İrana qarşı hərbi əməliyyatlar haqqında xəbərlər

Gunaz.tv
İrana qarşı hərbi əməliyyatlar haqqında xəbərlər MAQATE-nin kəskin etirazı İran məsələsi yeni gərginliklə dünya siyasətinin gündəminə gəldi. Hər şey İsrailin keçirdiyi son hərbi təlim haqqında verilən informasiyadan sonra başladı. İnformasiya İsrailin İranın nüvə obyektlərini vurmağı məşq etmək kimi görünən hərbi təlim keçirdiyi məzmununda verildi. Bundan sonra İrana qarşı İsrail-ABŞ hücumunun ola biləcəyi haqqında təhlillər baş alıb getdi. Məsələ o qədər böyüdü ki, MAQATE-nin prezidenti Məhəmməd Əl Baradeyi "İrana hücum olsa, istefa verəcəyəm", bəyanatını verdi. Bunu dünya siyasətində növbəti şok kimi dəyərləndirirlər. Çünki Qərbin çox diqqət yetirdiyi MAQATE-dən belə bir bəyanatın verilməsi İrana qarşı olan iddiaların heç də tam əsaslı olmaması anlamına gəlir. Məsələ ondan ibarətdir ki, Əl Baradeyi İranla danışıqların aparıldığı bir dönəmdə hərbi hücumdan danışmaq prosesi pozmaq anlamına gəldiyini deyir. Deməli, qərəzli surətdə İranla gərginliyin qalmasında maraqlı olan qüvvələr var. Ona görə də İran məsələsinin bu məzmunda aktuallaşması çoxlu suallar yaratmaqdadır. Bu arada ABŞ-ın dövlət katibi Kondoliza Rays İranla münasibətlərdə diplomatik danışıqlara üstünlük verdiklərini bəyan edib. Maraqlıdır ki, İrana qarşı bu söz-söhbət İsraillə Həmas arasında atəşkəs haqqında razılıq əldə edilməsindən sonra dərhal başladı. Eyni zamanda, Türkiyədə İsrail-Suriya danışıqlarında irəliləyişlər əldə olunduğu müşahidə edilir. Bunlar göstərir ki, Orta Şərqdə İsraillə bağlı müəyyən dəyişikliklər baş verir. O dəyişikliklər hərbi yolla münasibət aydınlaşdırmağın getdikcə kölgəyə çəkilməsi meylini ortaya qoyur. Onda İranla gərginliyi artırmaq istəyənlər kimlərdirğ Məqsəd Orta Şərqdə İsraillə müsəlman dövlətləri arasında münasibətlərin kəskin qalmasına çalışmaqdırmı? Ağıllara "üçüncü qüvvə" anlayışı gəlir. Kimlərsə Qərb və Türkiyənin aracılığı ilə bölgədə sabitliyin yaradılmasına razı deyil. İsraillə Həmasın atəşkəs haqqında razılığa gəlməsi bu istiqamətdə ciddi addımdır. Ancaq hələlik aranı qatmaq istəyənlərin kimlər olduğu barədə məlumatlar verilmir. Dünyanın başı İranın necə vurula biləcəyini müzakirə etməyə qarışıb. Təbii ki, İsrailin İrana qarşı təkbaşına hərbi əməliyyat keçirməsi imkansızdır. Ümumiyyətlə, İsrailin İrana hücum etməsinin mənası yoxdur. Rəsmi İrana da bildirib ki, İsrail İrana hücum etməyəcək. Hər hansı hücuma qarşı İranın durmağa gücü olduğunu da rəsmi Tehran daim vurğulayır. Başqa tərəfdən, MAQATE danışıqlar aparırsa və İran nüvə enerjisindən dinc məqsədlərlə istifadə etməyi sübut edirsə, əlavə olaraq gərginlik yaratmağın mənası nədirğ Burada İraq və Rusiya faktorunu nəzərə almaq olar. İraqda vəziyyət tam düzəlməyib. Oradan ABŞ qoşunlarının çıxarılması məsələsi də həll edilməyib. ABŞ-da prezidentliyə namizəd Barak Obama vəd edir ki, hakimiyyətə gəldiyi təqdirdə İraq və İranla dialoqa üstünlük verəcək. Bunun üçün Türkiyənin vasitəçiliyindən geniş istifadə edəcək. Deməli, ABŞ-da Orta Şərq siyasətinin dəyişməsi ehtimalı az deyil. Bu da rəsmi Vaşinqtonun bölgədə hərbi qüvvə nümayiş etdirməyə meylinin azalması deməkdir. Yeni prezident seçkisinə qədər İrana qarşı hərbi əməliyyatın keçirilməsi ehtimalını isə sıfra bərabər hesab edirik. Ona görə ki, bu, bir neçə ay içində həllini tapan məsələ deyil. Corc Buş ABŞ üçün belə bir problemi qoyub gedə bilməz. Yalnız ondan sonra gələn prezident hansısa sərt siyasətdən danışa bilər. Bu tendensiya isə müşahidə edilmir. Odur ki, İrana qarşı hərbi əməliyyat məsələsi daha çox siyasi və geosiyasi spekulyasiyaya bənzəyir. Maraqlısı da kimlərin bundan yararlanmaq istəməsidir. Onlar ABŞ-ın İraq bataqlığından çıxmasını istəməyənlər ola bilərlər. MAQATE rəhbərinin bəyanatı məhz bu mülahizələrə görə, diqqətləri çox çəkir. Onun söylədikləri ciddi təxribatların ola biləcəyindən xəbər verir. Dünyanın müxtəlif yerlərində qalmaqallar çıxaranların iştahası kəsilmir. İranın vurulması böyük bir məkanda qarışıqlığın yaranması deməkdir. Milyonlarla insanın zərər görməsi deməkdir. Dünyanın aparıcı dövlətləri bu kimi təxribatların qarşısını almağa daha çox fikir versələr, xeyirli olmazmı? Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar