İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı qətnamənin qəbul edilməməsinə dünya ölkələrindən reaksiyalar verilib

2020-08-15 15:02

Amerikadan başqa, İran, Britaniya və Rusiya rəsmiləri də Təhlükəsizlik Şurası tərəfindən İrana qarşı silah embarqosunun uzadılmasına dair qətnamə layihəsinin qəbul edilməməsinə reaksiya verib.

Gunaz.tv Quote | Gunaz article

ABŞ Dövlət Departamenti yaydığı bəyanatda bu istiqamətdə fəaliyyətlərinə davam edəcəyini bir daha vurğulayaraq, İranın teokratik hökumətinin rahat şəkildə hərbi ləvazimatlar alıb sata bilməməsinə çalışacağını bildirib. Bəyanatda qeyd edilir ki, bu hal təkcə Avropa və Yaxın Şərqi deyil, digər regionları da təhdid edir. 


Böyük Britaniyanın BMT yanındakı daimi nümayəndəliyi də yaydığı bəyanatda bildirib ki, İranın Yaxın Şərqdə əmin-amanlığı pozan addımları barədə narahatlığını dəfələrlə ifadə edib. Rəsmi London Tehranın bu bölgədəki fəaliyyətlərini nüvə razılaşmasına əlavə olaraq qəbul edilən 2231 saylı qətnamə ilə zidd adlandırıb. 


"Amerikanın təqdim etdiyi qətnamənin Təhlükəsizlik Şurasında qəbul edilməyəcəyi və konsensus əldə edilməsinə təməl ola bilməyəcəyi məlum idi. Nəticədə isə regionda təhlükəsizlik və stabilliyin bərqərar olmasına kömək etməyəcəkdi. Bu səbəbdən ona neytral səs verdik", - deyə bəyanatda vurğulanır. 


Bunda başqa, bəyanatda qeyd edilir ki, Britaniya TŞ və nüvə razılaşması üzvləri ilə qurumun dəstəkləyəcəyi çıxış yollarını tapmaq üçün əməkdaşlıq etməyə hazırdır. 


Nüvə razılaşmasında qaldığını deyən rəsmi London bildirib ki, Almaniya və Fransa ilə birlikdə İranın nüvə öhdəliklərinə tam əməl etməsinə nail olmaq üçün fikir ayrılıqlarının həlli mexanizminə yönəlməyə hazırdırlar. Bəyanatın sonunda Britaniyanın nüvə razılaşmasını qorumağa "zərbə vurduğunu" düşündüyü üçün İrana qarşı yenidən BMT-nin bütün sanksiyalarının qaytarılmasını dəstəkləmədiyi deyilir. 


Rusiyanın BMT yanındakı nümayəndəliyi isə yaydığı bəyanatda bu sanksiyanın 5 il nəzərdə tutulduğu və onun uzadılması ilə bağlı planın olmadığını bildirib. 


İranın BMT yanında səfiri Məcid Təxtrəvançi isə məsələyə bildirdiyi münasibətdə qətnamənin qəbul edilməməsini "Amerikanın təcrid olunmasının göstəricisi" adlandırıb. 


Qeyd etmək lazımdır ki, ABŞ-ın sözügedən məsələ ilə bağlı TŞ-ya qəbul etdiyi qətnamə layihəsi dünən keçirilmiş səsvermədə qəbul edilməyib. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İrandan Ermənistana yüzlərlə tankerdə aviasiya yanacağı və benzin göndərilib- SƏNƏDLƏR

2020-09-30

gun az article

Həsən Ruhani Nikol Paşinyana zəng edib: “Azərbaycanla Ermənistan arasında ixtilafların həlli üçün kostruktiv rol oynamağa hazırıq”

2020-09-30

gun az article

Ərəbistan dünya ictimaiyyətindən İrana qarşı ciddi tədbirlər görməsini istəyib

2020-09-30

gun az article

Mövlud Çavuşoğlu: Ermənistan hərbi hücumları ilə beynəlxalq hüquqa məhəl qoymur

2020-09-30

gun az article

İranlı deputat: “Azərbaycanla Ermənistan arasında vasitəçilik etməyə hazırıq”

2020-09-30

gun az article

İranda koronavirusdan ölənlərin sayı 26 000 nəfəri keçib

2020-09-30

gun az article

Sistan-Bəlucistanda baş verən silahlı hücumda 3 “Sepah”çı öldürülüb, 2-si yaralanıb

2020-09-30

gun az article

İranda daha 207 nəfər koronavirusdan ölüb, 3677 yeni “Covid-19”a yoluxma halı aşkarlanıb

2020-09-29

gun az article

Əli Rəbii: İran, Türkiyə və Rusiya iki qonşu ölkəyə öz ixtilaflarını BMT qətnamələri çərçivəsində həll etməyə yardım edə bilərlər”

2020-09-29

gun az article

İran rejiminin rəsmisi bu ölkə ərazisindən Ermənistana "Kamaz"ların hərəkətini təsdiqləyib

2020-09-29

gun az article

İran Xarici İşlər Nazirliyi ölkə ərazisindən Ermənistana silah-sursat daşınmasını təkzib edib

2020-09-29

gun az article

İranda yeni Sənaye, Mədən və Ticarət naziri təyin edilib

2020-09-29

gun az article

Pakistan səfiri: “Biz “Qarabağ Azərbaycandır!” deməkdən çox xoşbəxtik”

2020-09-29

gun az article

İranın İsfahan əyalətində 4.7 bal gücündə zəlzələ olub

2020-09-29

gun az article

İran rəsmisindən Azərbaycan və Ermənistana xəbərdarlıq: “İran torpağına doğru heç bir güllə atılmamalıdır”

2020-09-28

gun az article

Qarabağ döyüşləri getdiyi bir vaxtda İrandan Ermənistana hərbi texnika daşınması daha da artıb

2020-09-28

gun az article

İranda daha 190 nəfər koronavirusdan ölüb, 3521 nəfər infeksiyaya yoluxub

2020-09-28

gun az article

İranın Buşehr əyalətində 4.2 bal gücündə zəlzələ baş verib

2020-09-28

gun az article

Rəsmi Tehranın sözçüsü: “Biz Ermənistanla Azərbaycan arasında dərhal atəşkəs elan olunmasının tərəfdarıyıq”

2020-09-28

gun az article

Azərbaycan MN Ermənistanın itkilərini açıqlayıb

2020-09-28