SON XƏBƏRLƏR

İranda 16 yaşlı əfqan uşağa işgəncə verilməsini əks etdirən görüntülər yayınlanıb- Video

2021.10.20, 07:36
İranda 16 yaşlı əfqan uşağa işgəncə verilməsini əks etdirən görüntülər yayınlanıb- Video

Gunaz.tv

GünAz TV: İranın Qeşm adasının kəndlərindən birində 16 yaşlı əfqan uşağa işgəncə verilməsini əks etdirən görüntülər sosial şəbəkələrdə böyük hiddətə səbəb olub.

 

Bəzi mənbələrə əsasən, məmurlar uşağa şəhər şurasının sədrinin həyat yoldaşına qarşı təhqiramiz ifadələr işlətdiyinə görə işgəncə veriblər.

 

Digər mənbələr isə bildirirlər ki, uşaq gördüyü iş müqabilində öz verilməyən əməhaqqını istəyirmiş. Lakin məmurlar onun bu tələbinə işgəncə ilə cavab veriblər. Bir çox xəbər agentliyi uşağın aldığı xəsarətlər nəticəsində öldüyü barədə məlumat yayıb. 

 

Əfqanıstan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayaraq, İran rəsmilərinin bu cür vəhşi addımı ilə bağlı araşdırmaların başladığını bildirib.

 

Hələ ki, İran tərəfindən məsələyə rəsmi münasibət bildirilməyib.

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar