İranda 3 ayda 7 mindən çox azyaşlı qız ərə verilib

2021-07-23 15:37

İran Statistika Mərkəzinin yayınladığı hesabata görə payız fəslinin 3 ayı ərzində 10-14 yaş arası 7317 azyaşlı qız uşağı məcburi şəkildə ərə verilib.

Gunaz.tv Quote | Gunaz article

Məlumatda eyni dövrdə 15 yaşdan aşağı 5 oğlan uşağının da evləndirildiyi bildirilir.

Bununla yanaşı qeyd olunan 3 ay müddətində 15-19 yaş arası 36952 qız, 5139 oğlanın ailə qurması barədə rəsmi qeydiyyatdan keçib.
Məlumata əsasən bu müddətdə 10-14 yaş arası ailə quran qız uşaqlarının 192-i, 15-19 yaş arası ailə quran qızların isə 3590-ı boşanıb. Həmin müddətdə 15-19 yaş arası ayrılan oğlanların sayı 176 nəfərdir.

Xatırladaq ki, bundan öncə İran Statistika Mərkəzinin hesabatında ötən ilin yay aylarında 10-14 yaş arası 9 min 58 qız uşağının evləndirildiyi göstərilib.

İran Prezidentinin Qadın və Ailə məsələləri üzrə müavini Məsumə Ebtekarın dediyinə görə, ölkədə il boyu orta hesabla 14 yaşına çatmamış 30 min qız uşağı evləndirilir.

Qeyd edək ki, İranda azyaşlıların, xüsusilə də qızların evliliyi ən böyük ictimai problemlərdən biridir. Ölkənin bəzi bölgələrində 9 yaşlı qızların ərə verilməsi halı da ötən illər ərzində müşahidə edilib.

Milli Məclisin qadın deputatları evlilik yaşının dəyişdirilməsinə dəfələrlə cəhd göstərsələr də, onların bu cəhdləri mühafizəkar və ruhani millət vəkillərinin əks mövqelərinə görə nəticəsiz qalıb.

2019-cu ildə İranlı tədqiqatçı Kamil Əhmədi ölkədə erkən yaşda baş tutan uşaq evliliklərinin kəskin həddə çox olduğunu bildirmişdi.

O, həmin dövrdə İranda ən azı 14 min boşanmış azyaşlı qız uşağını olduğunu, ölkə ərazisində bağlanan nikahların 18%-nin 18 yaşdan kiçik qızlarla baş tutduğunu qeyd etmişdi. 

Ondan əvvəl, 2018-ci ilin may ayında İran Milli Məclisinin qadınlar üzrə iş fraksiyasının üzvü Məsumə Ağapur Əlişahi isə İranda 18 yaşdan aşağı dul qız uşaqlarının sayının 24 min nəfər olduğunu demişdi.

C.E

Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:

İranda azyaşlı qızların evlilik halı 4 dəfə çoxalıb- FOTO

İran rəsmisi erkən evliliyə bəraət qazandirib


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16