SON XƏBƏRLƏR

“İranda 35 milyon Azərbaycan türkü ana dili hüququndan məhrumdur”- İsrail məsələləri üzrə ekspert

2021.10.20, 07:36
“İranda 35 milyon Azərbaycan türkü ana dili hüququndan məhrumdur”- İsrail məsələləri üzrə ekspert

Gunaz.tv

GünAz TV: İsrail məsələləri üzrə ekspert Arye Qut Rusiya televiziyasında (kanal 9) Güney Azərbaycan və İranda 35 milyonluq Azərbaycan türkünə qarşı edilən ayrı-seçkilikdən danışıb.

 

“Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut yanvarın 21-də Rusiya televiziyasında İsrailin Suriyada İranın mövqelərinə hava hücumunu təhlil edib. O sözlərinin arasında Güney Azərbaycan məsələsinə də işarə edib. Ekspert bildirib ki, Tehran hökuməti 35 milyon Azərbaycan türkünü ən adi hüquqlarından məhrum edib, onlara zülm edir.

 

Are Qut bundan əvvəl televiziya verilişlərində İranda qeyri-fars millətlərə tətbiq olunan ayrı-seçkilik siyasətinə işarə edəcəyini elan etmişdir.

 

Are Qur İsraildə “Azərbaycan beynəlxalq multikulturalizm mərkəzi”nin rəhbəridir, o Azərbaycan həqiqətlərininin İsrail və dünya ictimaiyyətinə çatdırılması uğrunda fəaliyyət göstərir.

 

Adını çəkdiyimiz ekspert Bakıda doğulub, onun Azərbaycanla bağlı onlarla məqaləsi İsrail qəzetlərində dərc olunub.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar