SON XƏBƏRLƏR

İranda 4 dərviş qadına uzunmüddətlə həbs cəzası verilib

2021.10.20, 07:36
İranda 4 dərviş qadına uzunmüddətlə həbs cəzası verilib

Gunaz.tv

GünAzTV: İranın Vəramin şəhərinin Qərçək zindanında saxlanılan 4 dərviş məhbus qadına uzunmüddətli həbs cəzası verilib.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, Tehran məhkəməsi dərviş qadınlar, Nazila Nuri, Avişa Cəlaləddin, Sima İntisari və Şima İntisarini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, ictimai asayişi pozmaqda və qanunsuz toplantılara qatılmaqda günahlandıraraq, onların hər birini 5 il həbsə məhkum edib. Məhbus qadınlar, onlara qarşı irəli sürülən bütün əttihamları əsassız sayaraq rədd edib.

 

Bildirilir ki, bundan əvvəl qanunsuz həbslərinə və zindanın ağır şəraitinə qarşı etiraz bildirən məhbus qadınlar, bundan əvvəl əli dəyənəkli zindan məmurları tərəfindən iki dəfə vəhşicəsinə döyülüb, təhqirlərə məruz qalıb. Məhbus dərviş qadınların hazırda çox ağır psixi və fiziki şəraitdə saxlandığı, onların ailə üzvləri ilə görüşünə qadağa qoyulduğu bildirilir.

 

Qeyd edək ki, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaranıb. Polis, dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib, onlara odlu silahdan atəş açıb. Nəticədə bir neçə dərviş həlak olub, onlarla dərviş yaralanıb, ən azı 600-ü həbs edilərək naməlum istiqamətə aparılıb. Hüquq-mühafizə əməkdaşlarından isə 3 polis və 1 “Bəsic” muzdlusu ölüb.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar