İranda 4 min kaneks məktəb var- Bunların çox faizi Azərbaycan əyalətlərinin payına düşür

2021-01-27 11:28

İranda “Məktəblərin Təchizatının Təmin Edilməsi və Yenidənqurma İşləri İdarəsi”nın rəhbəri ölkədə ucqar və köçərilərin yaşadığı ərazilərdə yerləşən 4000 kaneks məktəbinin olduğunu bildirib.

Gunaz.tv Quote | Gunaz article

Mehrullah Rəxşani Mehr “Həmşəhri” qəzetinə verdiyi açıqlamada "bu yerlərin bir çoxunda tələbə məktəbli sayı az olduğu və köçərilərin davamlı olaraq köç etdiyi üçün kaneksdən istifadə etməkdən başqa çarəmiz yoxdur" deyib.

 

Yada salaq ki, yanvar ayının 18-də Dezful şəhərinin “Sərdəşt” bölgəsində kaneks məktəbə düşən ildırım nəticəsində 3 müəllim. 2 məktəbli və bir kənd sakini ciddi xəsarət aldılar. Məktəblilərdən biri aldığı yanıq xəsarətləri nəticəsində xəstəxanada həyatını itirdi.

 

Bununla yanaşı yanvar ayının 15-də Şərqi azərbaycan əyalətinin Əhər şəhərinin “Sarılar” kəndində külək nəticəsində kaneks bütövlüklə dağılmışdır.
İranın məhrum və köçəri bölgələrindəki təhlükəli kaneks məktəb və yataqxana problemi yeni bir məsələ deyil.

 

Bir çox bölgələrdə, özəlliklə ucqar yerlərdə, kəndlərdə palçıq və qamış həsirlərdən tikilən təhlükəli məktəblər on illərdir ki İranda təhsil sisteminin ciddi problemlərindən sayılır. Bu sayaq məktəblər bu gündə ölkənin bir çox əyalətlərində mövcuddur.

 

Hökumət 90-cı illərdən bəri bu tip məktəblərin yığışdırılması və yeni tipli məktəblərlə əvəz olunması ilə bağğlı verdiyi vədlərə baxmayaraq ölkə səviyyəsində minlərlə belə şərayitsiz və kaneks “məktəb”lərdə təhsil davam edir.

 

İranın Təhsil naziri Möhsün hacı Mirzayi kaneks məktəbə ildırım düşməsi nəticəsində baş verən faciəyə münasibət bildirərkən deyib: “bu adi haldır və istənilən yerdə bu baş verə bilərdi.”

 

Nazirin bu açıqlaması vətəndaşların və çox sayda sosial şəbəkə istifadəçilərinin ciddi etirazı ilə qarşılaşıb.

 

Etirazlardan sonra nazir ölkədə məktəblərin 22%-nin şərayitinin yaxşı olmadığını, sökülüb yenidən qurulmağa ehtiyacını olduğunu deyib.

 

Qeyd edək ki, 2020-ci ilin dekabr ayında Qərbi Azərbaycan əyalətinin “Təhsil İdarəsi”nin rəisinin bildirdmişdi ki, əyalət bölgələrinin 27 faizi internetə çıxışdan məhrumdur. əyalət səviyyəsində məktəblilərin 30 faizdən çoxunun tablet və mobil telefonu olmadığı üçün hazırkı dövrdə təhsillərini davam etdirə bilmirlər. Son statistikaya əsasən hal-hazırda Qərbi azərbaycan əyalətində 419 kaneks məktəb fəaliyyət göstərir.

 

Şərqi Azərbaycan Məktəblərin Təchizatının Təmin Edilməsi və Yenidənqurma İşləri İdarəsinin rəisidə ötən ilin ikinci yarısında açıqladığı hesabatda əyalətdə təxminən 300 kaneks (dəmirdən düzəldilən dərs otqaları) məktəbin fəaliyyət göstərdiyini bildirib.

 

Ərdəbil əyalətində isə bu problem artıq adi hal alıb. Məsələnin dəfələrlə gündəmə gətirilməsinə baxmayaraq bu hələdə həllini tapmayıb.

 

Bunlarla yanaşı Azərbaycan əyalətlərində onillər öncədən qalan palçıq və daşdan tikilən yararsız və təhlükəli məktəblər mövcuddur.

 

Müxtəlif layihələrə, o sıradan nüvə proqramı və uzaq mənzilli raketlərin sınaqdan keçirilməsinə dövlət budcəsindən milyardlarla dollar vəsait ayıran mərkəzi hökumət, Azərbaycan əyalətlərinin uçmaq təhlükəsi altında olan məktəblərini ən yaxşı halda kaneks məktəblərlə əvəz edir.

 

Son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemləri demək olar ki, bölgədə xeyriyyəçilik ənənəsini yaşadan azərbaycanlılar tərəfindən çözülür. Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsində dövlət tərəfindən hər hansı büdcə vəsaitini gözləmədiklərini diqqətə çatdırıblar.

 

C,E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda saxlanılan fəallar polis bölməsində döyülüb

2021-07-25

gun az article

Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

2021-07-25

gun az article

Milli fəal Siyamək Kuşi saxlanılıb

2021-07-25

gun az article

Təbrizli fəal etiraz aksiyasında həbs olunub

2021-07-25

gun az article

Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib

2021-07-25

gun az article

Təbrizdə milli fəal Məhəmməd Mahmudi həbs olunub

2021-07-25

gun az article

Təbriz aksiyasında milli fəal Səməd Ladvəndi həbs olunub

2021-07-24

gun az article

Təbrizli milli-mədəni fəal Ulduz Qasimi saxlanılıb

2021-07-24

gun az article

Təbrizdə elektrik kəsildi- Aksiyada milli hökumətin qurulmasına çağırış edildi-VİDEO

2021-07-24

gun az article

Xiyav şəhərinə çox sayda texnika və polis qüvvələri yeridilib-FOTO

2021-07-24

gun az article

Hökumət Təbrizdə kəşfiyyat dronlarını havaya qaldırdı-VİDEO

2021-07-24

gun az article

Ərdəbildə təhlükəsizlik tədbirləri gücləndirildi-FOTO

2021-07-24

gun az article

Təbrizdə polis etirazçıları dağıtmağa çalışır-VİDEO

2021-07-24

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı-VİDEO

2021-07-24

gun az article

Güneydə daha iki fəal saxlanılıb, bir fəalın isə taleyindən xəbər yoxdur

2021-07-24

gun az article

Xiyavın Əhmədabad kəndində bir neçə tarixi əsər aşkar edilib

2021-07-24

gun az article

Güneydə milli fəallara təzyiqlər başlandı: Müctəba Əbduli saxlanıldı

2021-07-24

gun az article

Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

2021-07-24

gun az article

Soyuqbulaqda 760 hektar qamışlıq ərazidə yanğın baş verib

2021-07-24

gun az article

Behnam Şeyxinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti qəbul olunub

2021-07-24