SON XƏBƏRLƏR

İranda 5,3 bal gücündə zəlzələ baş verib, ən azı 53 nəfər yaralanıb -FOTOLAR

2021.10.20, 07:36
İranda 5,3 bal gücündə zəlzələ baş verib, ən azı 53 nəfər yaralanıb -FOTOLAR

Gunaz.tv

GünAzTV: Aprelin 1-i, yerli vaxtla günorta saat 13:05 radələrində, İranın Kirmanşah əyalətinin “Sərpol Zəhab” məntəqəsində Rixter cədvəli üzrə 5,3 bal gücündə zəlzələ baş verib.  

 

İran Seysmoloji mərkəzinin bildirdiyinə görə, zəlzələnin ocağı, Sərpol Zəhab şəhərinin 6  kilometrliyində, yerin 8 km dərinliyində qeydə alınıb. Zəlzələ, əyalətin digər şəhərlərində, o cümlədən də “Qəsr Şirin” və “Gilan Qərb” bölgələrində də hiss olunub. Zəlzələ nəticəsində bir çox evlərdə çatlar əmələ gəlib, ən azı 53 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanalara yerləşdirilib.

 

Zəlzələ nəticəsində, əyalətin Qərb hissəsində yerləşən bəzi dağlarda uçqun baş verdiyi və bölgəyə  xilasedici qüvvələrin cəlb edildiyi bildirilir. Təbii fəlakətdən zərər çəkmiş əhaliyə ilkin yardımın göstərildiyi vurğulanır. Zəlzələdə hər hansı bir insan tələfatının olub-olmaması barədə məlumat yayılmayıb.

 

Xatırladaq ki, 2017-ci il, noyabrın 12-si axşam saat 21:48 radələrində İranın İraq sərhədinə yaxın Kirmanşah əyalətində 7,3 bal gücündə zəlzələ baş vermişdi. Güclü zəlzələ həm də İraqın bir hisssini silkələmişdi. Zəlzələ nəticəsində ən azı 530 nəfər həyatını itirmiş, 9388 insan müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Zəlzələ, Kirmanşah əyalətinin müxtəlif şəhər və kəndlərində çoxlu evin dağılmasına səbəb olmuşdu.

 

 

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar