SON XƏBƏRLƏR

İranda 5,9 bal gücündə zəlzələ olub. Ölən və xəsarət alanlar var

2021.10.20, 07:36
İranda 5,9 bal gücündə zəlzələ olub. Ölən və xəsarət alanlar var

Gunaz.tv

GünAzTV: Avqustun 26-sı yerli vaxtla gecə saat 02:43 radələrində İranın Kirmanşah əyalətinin Tazəabad şəhərində Rixter cədvəli üzrə 5,9 bal gücündə zəlzələ olub.

 

İran Seysmoloji mərkəzinin yaydığı xəbərə əsasən, zəlzələnin ocağı yerin 8 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin Kirmanşah, İlam və digər bölgələrdə, eləcə də İraqın Süleymaniyə şəhərində hiss edildiyi bildirilir.  

 

Yayılan ilkin məlumatlara əsasən, zəlzələdə ən azı 3 nəfər həlak olub, 243 nəfər müxtəlidf dərəcəli bədən xəsarəti alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Zəlzələ nəticəsində onlarla ev dağılıb, bir çox evlərin divarlarında çatlar əmələ gəlib. Avqustun 26-sı səhər saatlarına qədər 43 yeraltı təkanın qeydə alındığı bildirilir. Bölgəyə xilasedicilər cəlb edilib.

 

Xatırladaq ki, bir ay əvvəl də, Kirmanşahın həmin məntəqəsində eyni bal gücündə zəlzələ olmuşdu.

 

 

İyulun 22-si yerli vaxtla gündüz saat 14:37 radələrində yerin 8 kilometr dərinliyində qeydə alınan zəlzələdə insan tələfatı olmasa da, 81 ev tamamilə dağılmış, bir çox tikililərdə çatlar əmələ gəlmiş, su və elektrik xətləri sıradan çıxmışdı.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar