SON XƏBƏRLƏR

İranda 6 yaşlı əfqanlı qızı zorlayaraq qətlə yetirən gənc dara çəkilib

2021.10.20, 07:36
İranda 6 yaşlı əfqanlı qızı zorlayaraq qətlə yetirən gənc dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda 6 yaşlı əfqanlı qız uşağını (Sitayiş Qüreyşi)  zorlayaraq qətlə yetirən yeniyetmə qatil (Əmirhüseyn Purcəfər) dara çəkilib.

 

Qatil, yanvarın 4-ü sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr zindanında dara çəkilib. O, öldürdüyü qızın valideynləri onu bağışlamaqdan imtina etdikdən sonra dara çəkilib.

 

Sitayiş Qüreyşi

 

Xatırladaq ki, zorlama və qətl hadisəsi, 2016-cı ilin aprel ayında İranın Vəramin şəhərinin Xeyrabad kəndində baş vermişdi. Qətl törədərkən hələ 17 yaşı olmayan qatil, dondurma almaq üçün küçəyə çıxan Sitayişi oğurladıqdan sonra evlərinə aparmış, zorladıqdan sonra qətlə yetirmişdi. Qatil, il yarımdan çox həbsdə saxlandıqdan sonra, 18 yaşına çatan kimi  edam edilib.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına görə, həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar