SON XƏBƏRLƏR

İranda 9 uşaq atası olan Əfqanıstan vətəndaşı edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

2021.10.20, 07:36
İranda 9 uşaq atası olan Əfqanıstan vətəndaşı edama hazırlıq üçün təkadamlıq kameraya köçürülüb

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş Əfqanıstan vətəndaşı edama hazırlıq məqsədilə təkadamlıq kameraya köçürülüb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, 10 il əvvəl naməlum səbəblərə görə qətl törədən və həmin vaxtdan Zahidanın mərkəzi zindanında saxlanılan 9 uşaq atası olan Əfqanıstan vətəndaşı, 48 yaşlı müttəhim Nəim Mənduzehi, iyulun 5-də həbsxananın ümumi korpusundan təkadamlıq kameraya köçürülüb. Müttəhimin yaxın saatlarda və ya yaxın günlərdə dara çəkiləcəyi gözlənilir.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar