SON XƏBƏRLƏR

İranda 9 vəkil Xamneyinin tutduğu vəzifədən kənarlaşdırılmasını tələb edən bəyanat yayıb

2021.10.20, 07:36
İranda 9 vəkil Xamneyinin tutduğu vəzifədən kənarlaşdırılmasını tələb edən bəyanat yayıb

Gunaz.tv

GünAz TV: İranda 9 vəkil İslam Republikası siyasi sisteminin dəyişdirilməsi və “dini lider” Əli Xamneyinin tutduğu vəzifədən uzaqlaşdırılmasını tələb edən bəyanat imzalayıblar.

 

Onlar İran İslam Respublikası konstitusiyasını və Əli Xamneyinin ölkə rəhbərliyini qeyri-qanuni adlandırıb, onun tutduğu vəzifədən uzaqlaşdırılmasıyla, “İranın xalqa qaytarılması üçün” referendumun keçirilməsini tələb ediblər.

 

“Ölkəni qəbirsanlıq və zindanlarla dolduran, əhalinin qanını tökməklə saraylar ucaldan qasiblər və işğalçıların ölkə rəhbərliyindən uzaqlaşdırılmasını istəyirik”- deyə bəyanatı imzalayan vəkillərdən biri Məhəmməd Mustafayi deyib.

 

Xatırladaq ki, bundan bir müddət öncə də 14 siyasi fəal bəyanat imzalayaraq, Əli Xamneyini istefaya cağırmış və İslam Respublikası siyasi sisteminin buraxılmasını istəmişdilər. Bu günə qədər həmin şəxslərdən azı 7 nəfəri saxta təhlükəsizlik ittihamları ilə saxlanılıb.

 

Avqustun əvvəlində isə 14 qadın fəal da eyni tələblərlə bəyanat yaymışdılar. Onlardan da 7 nəfərinin saxlandığı barədə məlumatlar yayılıb.

 

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar