SON XƏBƏRLƏR

İranda ad günü mərasiminə qatılan daha 65 qadın və kişi tutulub

2021.10.20, 07:36
İranda ad günü mərasiminə qatılan daha 65 qadın və kişi tutulub

Gunaz.tv

GünAzTV: İranın Məşhəd şəhərində ad günü mərasiminə qatılan daha 65 qadın və kişi tutulub. Hadisə bir neçə gün əvvəl baş versə də, bu barədə yenicə məlumat yayılıb.

 

Məşhəd hüquq-mühafizə qüvvələri rəsmilərinin yaydığı xəbərə görə, şəhərin “Piruzi” bulvarında yerləşən bir evdə onlarla qadın və kişinin bir yerə toplanması və evdən musiqi səsinin yayılması barədə onlara məlumat daxil olandan sonra, polis qüvvələri həmin evdə əməliyyat keçiriblər: “Əməliyyat zamanı, ad günü şənliyinə qatılan, birlikdə şənlik edən 38 qadın və 27 kişi tutulub. Həbs edilənlər, Rəzəvi Xorasan əyalətinin əxlaq təhlükəsizliyi polisinin mərkəzinə təhvil veriliblər. Evdə yoxlama aparılıb, 40 litrə qədər müxtəlif alkoqollu içkilər aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır”.

 

Xatırladaq ki, 2016-cı ilin iyun ayından bu günə kimi, İranın müxtəlif şəhərlərində polisin qız və oğlanların birgə qatıldığı gecə qonaqlıqlarına, banketlərə və ad günü mərasimlərinə hücumunda ən azı 1800 nəfər həbs edilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar