İranda "anti-hicab məhbusu" aclıq aksiyasına başlayıb

2021-05-14 10:56

İranda qadın hüquqlarının müdafiəçisi, ölkənin sərt islami geyim qaydalarına etiraz etdiyinə görə məhbus edilmiş Səba Kürd Əfşari bəzi xəbərlərə görə anasının həbsxanaya salınmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.

Gunaz.tv Quote | Gunaz article

Mərkəzi ofisi ABŞ-da yerləşən İnsan Haqları Fəallarının Xəbər Agentliyi (HRANA) bildirib ki, 21 yaşlı xanım Əfşari mayın 8-dən bəri qida qəbulunu dayandırıb.

İran barədə xəbərləri yayan HRANA agentliyinin məlumatına görə Əfşari Tehranın Qərçək qadın həbsxanasında 7 il yarımlıq cəzasını çəkməkdədir.

Məlumatda bildirlir ki, məhbusda mədə qanaxması yaranıb və o həm də koronavirusa yoluxub.

Onun anası Rahilə Əhmədi isə Tehrandakı Evin həbsxanasındadır. Bəzi məlumatlara görə ona qızının taleyi barədə danışdığına görə ona 31 ay iş kəsilib.

Hicaba və “milli təhlükəsizliyə” qarşı

Səba Əfşari 2019-cu ildə internetdə məcburi hicaba qarşı videosunu yayandan sonra həbs olunub.

Fəala əvvəlcə 24 illik həbsxana cəzası verilmişdi. Ona qarşı ilkin ittihamların arasında “fahişəliyin təbliğatı” və “milli təhlükəsizlik əleyhinə çıxış” da vardı.

Lakin onun cəza müddəti sonradan azaldılıb.

Bəzi xəbərlərə görə Səba Əfşarinin anası ötən il həbs olunub. Bu da xəbər verilir ki, qadının həbsxanada səhhəti pisləşib.

İranda qadınların hicablanması 1979-cu il İslam İnqilabından sonra icbari edilib.

Bir çox qadınlar məcburi hicab qaydasını müxtəlif formalarda pozurlar. Bəzi qadınlar isə hicabı açıq şəkildə pisləyirlər.

2018-ci ildə İranda ictimai yerlərdə hicablarını açan qadınların hərəkatı başlanmışdı.

Qadınlar Tehranda və başqa şəhərlərdə hicabsız çəkdirkləri foto və videoları internetdə yayırdılar.

İran hakimiyyəti bu etirazla bağlı olan 29 qadını müxtəlif müddətlərə azadlıqdan məhrum edib.  (azadliq.org)


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xuzistan etirazları daha bir neçə əyalətə yayılıb: Şadqanda isə naməlum şəxslər 4 polisə odlu silahlardan atəş açıblar - VİDEO

2021-07-25

gun az article

Müdafiə Nazirliyi: Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub - VİDEO

2021-07-25

gun az article

Sistan-Bəlucistanda öldürülən 4 “Sepah”çının kimliyi açıqlanıb

2021-07-25

gun az article

“Sepah” və Livan “Hizbullah”ının 2 komandiri Suriyada öldürüldü

2021-07-25

gun az article

AKP -dən Ermənistana xəbərdarlıq: “İcazə verilməyəcək...”

2021-07-25

gun az article

Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

2021-07-25

gun az article

Türkiyə ordusu qisas aldı- 7 terrorçu məhv edildi

2021-07-25

gun az article

Afrikanın cənubunda rekord: görünməmiş şaxta...

2021-07-25

gun az article

Ermənistanda COVİD-19-a yoluxanların sayı 228 798 nəfərə çatıb

2021-07-25

gun az article

Tokio-2020: Azərbaycan boksçusu 1/8 finala yüksəlib

2021-07-25

gun az article

Suriyada PKK-çıların hücumu zamanı 2 Türkiyə hərbçisi şəhid olub

2021-07-25

gun az article

Azərbaycanda son sutkada 412 nəfər COVID-19-a yoluxub

2021-07-24

gun az article

İranın Sistan-Bəucistan əyalətində 4 “Sepah”çı öldürülüb

2021-07-24

gun az article

“YAŞAT” indiyədək 8330 nəfəri öhdəliyə götürüb

2021-07-24

gun az article

İranda xristianlığı qəbul edən 4 nəfər Dezful inqilab məhkəməsinə çağırılıb

2021-07-24

gun az article

Pakistan Əfqanıstanla sərhədə ordu yeridib

2021-07-24

gun az article

Əfqanıstanda son sutkada "Taliban”ın 262 silahlısı öldürülüb, 176-sı yaralanıb

2021-07-24

gun az article

Serbiya xarici işlər naziri Azərbaycana səfərə gəlir

2021-07-24

gun az article

Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın olub - VİDEO

2021-07-24

gun az article

Rusiyada virusdan ölənlərin sayı 153 mini ötdü

2021-07-24