SON XƏBƏRLƏR

İranda atışma nəticəsində 1 polis və 1 əsgər həlak olub

2021.10.20, 07:36
İranda atışma nəticəsində 1 polis və 1 əsgər həlak olub

Gunaz.tv

GünAz TV: Bu gün səhər saatlarında İranın Kirman əyalətinin Bərdsir rayonu ərazisində 1 polis və 1 əsgərin ölümü, iki əsgərin isə yaralanması ilə nəticələnən silahlı insident yaşanıb.

 

Kirman Ədliyyə İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, polisə Bərdsir istiqamətində şübhəli avtomobilin hərəkət etdiyi barədə məlumat daxil olduqdan sonra post patrul xidməti əməkdaşları avtomobilin saxladılması üçün reydə çıxıblar.

 

Bir müddət təqibdən sonra şübhəli avtomobil idarəetməni itirərək, aşıb. Bundan sonra isə avtomobildə olan şəxslərin polisə odlu silahdan açdığı atəş nəticəsində “Gülzar” postunun rəis müavini və 1 əsgər həlak olub, digər iki əsgər isə yaralanıb. Hadisədən sonra şühbəli şəxslər qaçıblar.

 

İdarədən verilən məlumata görə, hazırda şübhəli şəxs və ya şəxslərin aşkar edilərək, tutulması istiqamətində əməliyyat- istintaq tədbirləri davam etidirilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar