SON XƏBƏRLƏR

İranda avtobus qəzası nəticəsində çoxlu sayda yaralanan var

2021.10.20, 07:36
İranda avtobus qəzası nəticəsində çoxlu sayda yaralanan var

Gunaz.tv

GünAz TV: Bu gün səhər saatlarında Mazandaran vilayətində baş vermiş avtobus qəzası nəticəsində çoxlu sayda insan yaralanıb.

 

Hadisə vilayətin Amul- Mahmudabad avtomagistralında qeydə alınıb. Avtobusun yük maşını ilə toqquşması nəticəsində 12 nəfər ağır yaralanıb. Qəza nəticəsində ölən olmayıb.

 

Yerli əhalinin sözlərinə görə, vilayətin bir çox bölgəsində yolların bərbad vəziyyətdə olması tez-tez bu cür ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar