SON XƏBƏRLƏR

İranda “Axır çərşənbə” şənlikləri - VİDEOLAR

2021.10.20, 07:36
İranda “Axır çərşənbə” şənlikləri - VİDEOLAR

Gunaz.tv

GünAzTV: Martın 13-də İranda keçirilmiş “Axır çərşənbə” şənlikləri təkcə pis xarirələrlə yadda qalmayıb.

 

Yayılan məlumatlara əsasən, Tehranda və İranın digər şəhərlərində keçirilən şənliklərdə, əhali rejimin bu mərasimə qoyduğu qadağa məhəl qoymadan tonqal qalayaraq sakit şəkildə şənləniblər. Ölkənin bəzi şəhərlərində isə qadınlar, hökumətin məcburi hicab siyasətinə etiraz əlaməti olaraq, baş örtüklərini açaraq kişilərlə bərabər küçədə rəqs ediblər. İranın bir sıra digər şəhər və əyalətlərində isə, insanlar milli geyimlərində şənliyə qatılaraq öz milli rəqsləri ilə bayramı qarşılayıblar.

 

Xatırladaq ki, martın 13-də İranda keçirilən “Axır çərşənbə” şənliklərində baş verən xoşagəlməz olaylarda 4 nəfər həyatını itirib, 2082 nəfər yaralanıb.

 

Əhalinin ölümünə və yaralanmasına isə, uşaqların və gənclərin əldəqayrma, qeyri-standart taraqqa və alovlandırıcı maddələrdən istifadəsi səbəb olub. Tehran polisinin bildirdiyinə görə, həmin gün, təkcə paytaxtda 160 yanğın hadisəsi qeydə alınıb.

 

Qeyd edək ki, İranın hökumət rəsmiləri “Axır çərşənbə” mərasiminin keçirilməsinin qarşısını almağa çalısalar da, buna nail ola bilmirlər. Əhali, el şənliklərini təntənəli surətdə qeyd edərək, tonqallar qalayıb rəqs edirlər.

 

VİDEOLAR:

 

Mərkəzi əyalət, Mühaciran şəhəri. Cənubi Xorasan rəqsi

 

Əhvaz şəhəri

 

Nətənz şəhəri

 

Baş örtüyünü açıb rəqs edən xanım

 

Təbrizin Heydərabad məhəlləsi

 

Cavanrud şəhəri

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar