İranda “Ayətullah Edam” ləqəbi ilə tanınan axund İbrahim Rəisi prezidentliyə namizədliyini irəli sürüb

2021-05-15 12:50

İran Məhkəmə Sisteminin rəisi, vaxtilə ölkə həbsxanalarında saxlanılan siyasi məhbusların gizli və kütləvi şəkildə edamına hökm verən məşhur “Ölüm heyəti”nin başçısı və ölkə əhalisi arasında “Ayətullah Edam” ləqəbi ilə tanınan axund İbrahim rəisi prezidentliyə namizədliyini irəli sürüb.

Gunaz.tv Quote | Gunaz article


Rəisi bu gün bəyanat yayaraq, prezidentliyə namizədliyini irəli sürdüyünü bildirdikdən sonra Daxili İşlər Nazirliyinin binasına gələrək namizədliyinin qeydə alınması üçün tələn olunan sənədləri təqdim edib.


Rəisi, İranın “dini lider”i Əli Xamneyinin və hakimiyyətdəki radikal mühafizəkar cərəyanların prezidentliyə əsas namizədi kimi tanınmasına baxmayaraq, jurnalistlərə açıqlamasında deyib ki, o heç kəsin və ya siyasi cərəyanın seçimi deyil və prezident seçkilərinə “müstəqil namizəd” kimi qatılacaq.


“Mən, bütün namizədlərə və siyasi cərəyanlara hörmətlə yanaşaraq, müstəqil namizəd kimi səhnəyə gəlmişəm, hədəfim isə prezident seçiləcəyim təqdirdə ölkənin idarəetmə sistemində dəyişiklik yaratmaq, yoxsulluğa, ayrı-seçkiliyə, təhqirə və korrupsiyaya qarşı mübarizə aparmaqdır”, -deyə axund İbrahim Rəisi bildirib. 


Xatırladaq ki, İran İslam Respublikasının banisi Ruhullah Xomeyninin ilk canişini, ayətullah Hüseynəli Müntəzirinin oğlu, Əhməd Müntəziri, 2016-cı il, avqustun 12-də atasının 1988-ci ildə ölkə zindanlarında həbsini çəkməkdə olan minlərlə günahsız siyasi məhbusun gizli kütləvi qətliamına etiraz bildirən səs yazısını yayıb. 


Yayılan 40 dəqiqəlik səs yazısında Hüseynəli Müntəziri “Ölüm heyəti”nin başçısı olan İbrahim Rəisi və onun digər gənc üzvləri ilə üz-üzə söhbətdə onlara törətdikləri səssiz cinayətə görə kəskin etirazını bildirib.

 

 “İran İslam Respublikasında baş vermiş ən böyük cinayət, sizin əllərinizlə həyata keçirilmiş bu edamlardır. Bilin ki, bu edamlara görə tarix bizi məhkum edəcək və gələcəkdə tarix sizi cinayətkar kimi xatırlayacaq”, -deyə Müntəziri əlavə edib. 

 
Qeyd edək ki, 1988-ci ildə İran-İraq arasındakı 8 illik savaşa son qoyulması məqsədilə BMT-nin 598 saylı qətnaməsini qəbul etmək məcburiyyətində qalan və savaşdan məğlub kimi çıxan İran rejimi, ölkə zindanlarında saxlanılan siyasi məhbuslara qarşı ağlasığmaz cinayət planını həyata keçirib. 


Belə ki, o vaxtkı “dini lider” ayətullah Ruhullah Xomeyninin birbaşa əmri və göstərişi ilə o dövrdə 4 nəfərin, yəni şəriət hakimi Hüseynəli Nəyyeri, ölkə prokuroru Murtuza Eşraqi, prokuror müavini İbrahim Rəisi və ETTELAAT-ın Evin zindanındakı nümayəndəsi Mustafa Purməhəmmədinin iştirakı ilə “Ölüm heyəti” deyilən bir qurum yaradılıb və həmin quruma ölkə zindanlarında saxlanılan və hələ də öz siyasi əqidə və mövqeyinə israr edən, hətta məhkəmə tərəfindən həbs cəzası alan və həbsini çəkməkdə olan siyasi məhbusların işinə yenidən baxmaq səlahiyyəti və ixtiyari verilib.

 
Bunun ardınca ölkə həbsxanalarının qapıları 3 ay müddətinə məhbus ailələrinin üzünə bağlanılıb və həmin müddətdə bütün siyasi məhbuslar, o cümlədən də xalq mücahidləri və kommunistlər “Ölüm heyəti” tərəfindən yenidən dindirilib. 2-3 dəqiqə sürən hər bir dindirilmədə (Ölüm heyəti"nin üzvləri əvvəlki siyasi əqidəsinin üstündə duran və tövbədən imtina edən məhbusları başqalarından ayırıblar. Bununla da minlərlə günahsız məhbus, qısa bir zaman kəsiyində kütləvi şəkildə gülləbaran edilib, yaxud da dar ağacından asılıb. . Edam edilənlərin cəsədləri isə gecələr yük maşınlarında iri şəhərlərin ətrafında qazılmış kütləvi məzarlıqlara daşınaraq gizli şəkildə basdırılıb.

 İranda 13-cü prezident seçkiləri iyunun 18-də keçiriləcək.

Sosxeber.info » İRAN SƏKKİZ İŞİDÇİNİ E'DAM EDİB

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

BMT nümayəndəsi Bakıdakı erməni kilsəsində olub

2021-06-24

gun az article

Türk Şurasının turizm nazirləri Azərbaycanda görüşəcək

2021-06-24

gun az article

Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-24

gun az article

Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi

2021-06-24

gun az article

DİN: Açıq havada və çadırda toy mərasimi keçirmək olar

2021-06-24

gun az article

Türkiyəli deputat: "Ermənistan sülh istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır"

2021-06-24

gun az article

Prezident və xanımı “Gülüstan” sarayında

2021-06-24

gun az article

İranın Yəzd əyalətində əsgərləri daşıyan avtobus qəzaya uğrayıb: Ölən və yaralananlar var

2021-06-24

gun az article

Lavrov: “Həmsədrlərlə birgə tərəflər arasında inamın möhkəmləndirilməsinə kömək edirik”

2021-06-24

gun az article

5784 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

Pompeo: “Co Bayden İrandakı terrorçularla sövdələşmək istəyir”

2021-06-24

gun az article

Paşinyan parlament seçkilərindəki qələbəsindən danışdı

2021-06-24

gun az article

Hulusi Akar: "Yunanıstan razılaşmalara əməl etmir"

2021-06-24

gun az article

On mindən çox hərbçi “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib

2021-06-24

gun az article

“Bütün yollar dağlar sultanı Savalana aparacaq”-Turan sevdalısı Elçibəyin anım günüdür

2021-06-24

gun az article

“The Jerusalem Post” qəzeti: “İranın Atom Enerjisi Təşkilatının binasına qarşı hücum böyük ziyana səbəb olub”

2021-06-24

gun az article

Azərbaycan Səudiyyə Ərəbistanını azad olunan ərazilərdə bərpa işlərinə dəvət edib

2021-06-24

gun az article

"İranla heç bir razılaşmadan söhbət gedə bilməz”- Amerika rəsmisi

2021-06-24

gun az article

"Rusiya İrana silah satmağa hazırdır"-Səfir

2021-06-24

gun az article

Suriya, İraq və İranda fəaliyyət göstərən PKK-çılar Türkiyədə təslim oldu

2021-06-24