SON XƏBƏRLƏR

İranda baş verən iki yol qəzasında 7 nəfər həlak olub, 19 nəfər yaralanıb

2021.10.20, 07:36
İranda baş verən iki yol qəzasında 7 nəfər həlak olub, 19 nəfər yaralanıb

Gunaz.tv

GünAzTV: İranın Rəzəvi Xorasan və Xuzistan əyalətlərində baş verən iki yol qəzasında 7 nəfər həlak olub, 19 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Yanvarın 4-də Rəzəvi Xorasan əyalətində, Fəriman-Məşhəd magistral yolunun 20 kilometrliyində sərnişin avtomobili “scania” trailer maşını ilə toqquşub. Hadisə nəticəsində sərnişin avtomobilinin 7 sərnişini yerindəcə həlak olub. Ölənlərdən ikisi azyaşlı uşaqdır.

 

Bildirilir ki, hadisəyə səbəb, hər iki sürücünün diqqətsizliyi və yolun sürüşkənliyi olub.

 

Həmin gün, İranın Xuzistan əyalətində bir sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə yerli vaxtla sübh saat 06:45 radələrində Nəftsefid-Mollasani istiqamətində baş verib. Dumanlı havada yüksək sürətlə hərəkətdə olan avtobus döngələrdən birində yoldan çıxaraq, ətrafdakı çökəkliyə yuvarlanıb. Qəzada 19 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alaraq, xəstəxanalara yerləşdirilib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar