İranda sərnişin avtobusunun TIR-la toqquşması nətcəsində ən azı 17 nəfər bədən xəsarəti alıb.
Gunaz.tv
Səbzivar Təcili Tibbi Yardım mərkəzinin rəisi Abbas Kafi jurnalistlərə açıqlamasında bildirib ki, hadisə bu gün səhər saatlarında İranın Rəzəvi Xorasan əyalətinin Səbzivar-Neyşabur magistral yolunda baş verib.
Bildirilir ki, üz-üzə gələn sərnişin avtobusu namlum səbəbə görə TIR-a (treyli) çırpılaraq yoldan çıxıb.
Qəza nəticəsində avtobusun ən azı 17 sərnişini müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım maşınları ilə Məşhədin 230 kilometrliyində yerləşən Səbzivar xəstəxanasına çatdırılıb. Hazırda qəzanın səbəbləri araşdırılır.
Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında ən azı 28 min nəfər həyatını itirir, minlərlə insan isə müxtəlif dərəcəli bədən xəsarəti alır.
A.M