SON XƏBƏRLƏR

İranda bəluc siyasi məhbus Əbdülvasit Dəhani edam edilib

2021.10.20, 07:36
 İranda bəluc siyasi məhbus Əbdülvasit Dəhani edam edilib

Gunaz.tv

GünazTV: İranın Sistan-Bəlucistan əyalətində dörd ildən bəri həbsdə saxlanılan bəluc siyasi məhbus Əbdülvasit Dəhani edam edilib.

 

İrandakı Bəluc hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl həbs edilən Əbdülvasit Dəhani, ölkənin milli təhlükəsizliyinə qarşı silahlı mübarizə aparmaqda və rejimə müxalif olan bəluc təşkilatları ilə əməkdaşlıqda günahlandırılaraq edama məhkum edilmişdi.

 

 Bəluc siyasi fəal Əbdülvasit Dəhani, aprelin 23-ü sübh saatlarında Zahidan şəhərinin mərkəzi zindanında dara çəkilib.

 

Yayılan məlumata əsasən, Əbdülvasit Dəhani edamından az əvvəl hüquq müdafiəçilərinə açıq məktubla müraciət edərək, zindanda ağır fiziki və psixi təzyiqlərə məruz qaldığını, ağır fiziki işgəncələr altında ondan müxalif bəluc təşkilatları ilə əməkdaşlığı barədə yalançı etiraflar alındığını bildirmişdi.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar