İranda bəluc siyasi məhkum Cavid Dehqan Xələd edam edilib

2021-01-30 13:10

İranda sünni məzhəbli bəluc siyasi məhkum Cavid Dehqan Xələd edam edilib.

Gunaz.tv Quote | Gunaz article

İran Məhkəmə Sistemi rəsmilərinin bildirdiyinə görə, 31 yaşlı siyasi məhbus Cavid Dehqan Xələd “Allaha qarşı mübarizə aparmaqda” və yerli müxalif bəlucların yaratdığı “Ceyş ül Ədl” (Ədalət Ordusu) yaraqlı təşkilatına üzv olmaqda günahlandırılaraq, ölümə məhkum edilmişdi.


Yayılan məlumatda bildirilir ki, İranda sünni məzhəbli vətəndaşların, o cümlədən bəlucların milli və dini hüquqları uğrunda mübarizə aparan Cavid Dehqan Xələd bu gün səhər saatlarında Sistan-Bəlucistan əyalətinin mərkəzi sayılan Zahidan şəhərinin zindanında dara çəkilib.


İran Məhkəmə Sistemi rəsmiləri isə bildirirlər ki, 2017-ci ildə həbs edilən və “Ceyş ül Ədl” təşkilatının başçılarından biri olan bəluc fəalı, bir neçə il əvvəl Sistan-Bəlucistanda yerli hökumət qüvvələrinə qarşı həyata keçirilən silahlı hücumda iştirak edib. Qeyd edilir ki, müxalif bəlucların bu hücumunda 2 “Sepah”çı öldürülüb.


Xatırladaq ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Beynəlxalq Əfv Təşkilatı yanvarın 29-da ayrı-ayrılıqda bəyanatlar yayaraq, Cavid Dehqan Xələd üçün keçirilən  məhkəmənin qeyri- şəffaf olmamasını və məhkəmə prosesinin beynəlxalq standartlara zidd olmasını vurğulayaraq, ona çıxarılan ölüm hökmünün icrasının dayandırılmasını tələb etmişdilər.


Beynəlxalq Əfv Təşkilatının yaydığı bəyanatında isə Cavid Dehqan Xələdin zindanda və istintaq prosesində təzyiqlərə məruz qaldığını, ondan işgəncələr altında yalançı etiraflar alındığını bildirmişdi. 


Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycan və Gürcüstan arasında yeni sənədlər hazırlanır

2021-05-05

gun az article

Putin və Ərdoğan Dağlıq Qarabağı müzakirə edib

2021-05-05

gun az article

Antoni Blinken: “İranda hər şey haqqında əsas qərarı Xamneyi verir”

2021-05-05

gun az article

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini qəbul edib

2021-05-05

gun az article

Rusiyalı deputat: “Ağdamda gördüklərim hərbi cinayətdir”

2021-05-05

gun az article

İranda koronavirusdan daha 349 nəfər ölüb, 15 872 nəfər xəstəliyə yoluxub – RƏSMİ STATİSTİKA

2021-05-05

gun az article

Sistan-Bəlucistanda insident: İki sünni bəluc SEPAH silahlıları tərəfindən güllələndi

2021-05-05

gun az article

“Yol ver türkün bayrağına”-İstiqlal şairinin anım günüdür

2021-05-05

gun az article

İranın Rəzəvi Xorasan əyalətində axşam şənliyinə qatılan 16 qadın və kişi həbs edilib

2021-05-05

gun az article

Gürcüstanın Baş naziri Azərbaycana gəlib

2021-05-05

gun az article

Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA

2021-05-05

gun az article

Bakı-Xırdalan-Sumqayıt dəmiryol xətti üzrə sərnişin daşımaları bərpa edilir

2021-05-05

gun az article

Xınalığa qar yağıb

2021-05-05

gun az article

Mübariz İbrahimov küçəsi təmir olunur - FOTOLAR

2021-05-05

gun az article

Baş stomatoloq əhalini peyvənd vurdurmağa çağırıb

2021-05-05

gun az article

Qorxmaz Hüseynov “Azərsu” ASC-nin sədri vəzifəsindən azad edilib

2021-05-04

gun az article

ÜST həyəcan təbili çaldı - COVID-19-dan ölənlərin sayı artıb

2021-05-05

gun az article

Əfqanıstanda həkimləri daşıyan avtobus partladılıb, ölən və yaralananlar var

2021-05-05

gun az article

Xalq şairi Fikrət Qoca vəfat edib

2021-05-05

gun az article

XİN: Ermənistanın Şuşada aparılan təmir işləri ilə bağlı iddiaları əsassızdır

2021-05-04