SON XƏBƏRLƏR

İranda bir nəfər “Amerikaya casusluq” ittihamı ilə edama məhkum edilib

2021.10.20, 07:36
İranda bir nəfər “Amerikaya casusluq” ittihamı ilə edama məhkum edilib

Gunaz.tv

GünAz TV: İran məhkəmə sisteminin sözçüsü Qulamhüsyn İsmaili ölkədə CİA-ya “casusluq” edən 1 nəfərin saxlanılaraq, edama məhkum edildiyini bildirib.

 

O qeyd edib ki, adı çəkilməyən həmin şəxsin kassasiya şikayəti əsasında cinayət işinə hazırda Ali Məhkəmədə baxılır.

 

Bundan başqa, Amerikaya “casusluq” ittihamı ilə digər bir şəxs Əli Nəfriyyə Qulamhüseyn oğlu isə 10 il həbsə məhkum edilib və ondan əldə etdiyi 55 min dollar pul aşkarlanaraq götürülüb.

 

Qulamhüsyn İsmaili bu şəxslərdən əlavə, Məhəmməd Əmirnəsəb Qulaməli oğlunun Britaniyaya, Məhəmmədəli Babapurun isə Amerikaya “casusluq” ittihamı ilə 10 il həbsə məhkum edildikləri və onlardan əldə etdikləri 55 min dolların aşkarlanaraq götürüldüyünü deyib.

 

Avqustun 27-də də məhkəmə sistemi bir neçə nəfərin İsrailə “casusluq” ittihamı ilə həbs olunduğu barədə məlumat yaymışdı.

 

Qeyd etmək lazımdır ki, İran xüsusi xidmət orqanlarının fəaliyyətini güclü göstərmək üçün ara-sıra bu cür məlumatlar yayır. Lakin ötən illər ərzində oxşar ittihamlarla həbs edilən şəxslərin əksəriyyətinin sonradan heç bir günahı olmadığı sübuta yetirilib. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar