SON XƏBƏRLƏR

İranda bir polis əməkdaşı həlak olub

2021.10.20, 07:36
İranda bir polis əməkdaşı həlak olub

Gunaz.tv

GünAz Tv: İranda polislə oğrular arasında baş vermiş olay nəticəsində 1 polis əməkdaşı həlak olub.

 

Hadisə 7 yanvar tarixində baş verib. Tehran vilayətinin Şəhriyar rayonunda yerləşən “Rəzəkan” polis idarəsinə şübhəli avtomobil barəsində məlumat daxil olduqdan sonra post-patrul xidməti əməkdaşları bu avtomobili dayandırmaq üçün təqibə başlayıblar.

 

Polisdən verilən məlumata görə, avtomobildə olan oğruları saxlayan zaman sürücü maşını sürərək, polis serjantı Əsəd Xəzayinin üzərindən keçib. Hadisə nəticəsində ağır yaralanan polis xəstəxanaya yerləşdirilsə də, bu gün ölüb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar