SON XƏBƏRLƏR

İranda biri qadın olmaqla daha 2 məhkum dara çəkilib

2021.10.20, 07:36
İranda biri qadın olmaqla daha 2 məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İranda qəsdən adamöldürmədə günahlandırılaraq ölümə məhkum edilmiş daha 2 nəfər edam edilib. Edam edilənlərdən biri qadındır.

 

Məhkumlara çıxarılan hökm bir neçə gün əvvəl yerinə yetirilsə də, bu barədə məlumat yenicə yayılıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, hər iki məhkum oktyabrın 9-u sübh saatlarında Kərəcin Rəcayişəhr zindanında dara çəkiliblər. Edam edilənlərdən birinin adı (Əlirza Mehmandust) bildirilsə də, digər qadın məhkumun kimliyi mediaya açıqlanmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar