SON XƏBƏRLƏR

İranda daha 1 “ayətullah” koronavirusdan ölüb

2021.10.20, 07:36
İranda daha 1 “ayətullah” koronavirusdan ölüb

Gunaz.tv

İranın Zəncan əyalətinin Xudabəndə şəhərinin tanınmış ruhanilərindən olan “ayətullah” Seyid Nemətullah Hüseyni Kəhlayi koronavirusdan ölüb.

 

Yayılan məlumatlara əsasən, İslam maarifi sahəsində 50-ə yaxın araşdırma əsərin müəllifi olan axund Kəhlayi, martın 11-də müalicə aldığı xəstəxanalardan birində dünyasını dəyişib.

 

“Ayətullah”ın korona virusuna nə vaxt və necə yoluxması barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 10-da mediaya açıqlamasında ölkədə koronavirusa yoluxanların 9000 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 354 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan mənbələr, virusa yoluxanların və ölənlərin sayının qat-qat çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar