SON XƏBƏRLƏR

İranda daha 1 azərbaycanlı məhbus edam edilib

2021.10.20, 07:36
İranda daha 1 azərbaycanlı məhbus edam edilib

Gunaz.tv

GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 azərbaycanlı məhbus dara çəkilib. Hadisə, iki həftə əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

 İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, 5 il əvvəl borc ixtilafına görə baş verən davada istəmədən qətl törədən, Binab şəhər sakini, 36 yaşlı müttəhim Cəfər Səmimi, iki həftə əvvəl (mordadın 30-da) Marağa zindanının həyətində dara çəkilib. Edamın bu günə qədər gizli saxlanmasının səbəbi açıqlanmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar