SON XƏBƏRLƏR

İranda daha 1 sərhədçi naməlum silahlı dəstə üzvləri ilə qarşıdurmada öldürülüb

2021.10.20, 07:36
İranda daha 1 sərhədçi naməlum silahlı dəstə üzvləri ilə qarşıdurmada öldürülüb

Gunaz.tv

GünAzTV: İranın Sistan-Bəlucistan əyalətinin Pakistan sərhədinə yaxın Səravan şəhəri yaxınlığında naməlum silahlı dəstə üzvləri ilə baş verən qarşıdurmada daha 1 sərhədçi öldürülüb.

 

Hadisə, iyulun 3-ü axşam saatlarında Səravan sərhəd məntəqəsində baş verib. Bölgədə reyd keçirən İran sərhədçiləri ilə naməlum silahlı dəstənin üzvləri arasında baş verən atışmada, sərhədçi zabit Əli Dostzadə güllə yarası alaraq yerindəcə həlak olub. Sərhədçinin cənazəsi, doğma yurdunda basdırılması üçün iyulun 4-də Şimali Xorasan əyalətinin Esfərayin şəhərinə köçürülüb.

 

Atışmada qarşı tərəfin mümkün itkiləri barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar