SON XƏBƏRLƏR

İranda daha 1 vəzifəli axund koronavirusdan ölüb

2021.10.20, 07:36
İranda daha 1 vəzifəli axund koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: İranda Qum şəhərinin “Nur” İslami Elmlər üzrə Kompüter Araşdırmaları Mərkəzinin sədr müavini axund Səid Salariyan koronavirusdan ölüb.

 

İranın hökumət saytlarının yaydığı xəbərə əsasən, bir neçə gün öncə koronavirusa yoluxduğu üçün həkimlərin nəzarətində saxlanılan axund Səid Salariyan martın 20-də müalicə aldığı xəstəxananın reanimasiya şöbəsində keçinib.

 

Axundun hansı şəhər xəstənalarından birində öldüyü haqda hər hansı bir məlumat yayılmayıb.   

 

 İran Səhiyyə Nazirliyinin martın 20-də yaydığı yeni statistikasına əsasən, ölkədə koronavirusa yoluxanların sayı 19644 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 1433 nəfərə yüksəlib.

 

 

  İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr isə virusdan ölənlərin və ona yoluxanların sayının rəsmi tribunalardan elan edilənlərdən 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar