SON XƏBƏRLƏR

İranda daha 2 məhkum dara çəkilib. Edam edilənlərdən birinin 81 yaşı var

2021.10.20, 07:36
İranda daha 2 məhkum dara çəkilib. Edam edilənlərdən birinin 81 yaşı var

Gunaz.tv

GünazTV: İranın Çarmahal və Bəxtiyari əyalətində qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 2 nəfər edam edilib. Edam edilən məhkumlardan birinin 81 yaşı var.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, iki il əvvəl naməlum səbəbə görə qətl törədən və adı ixtisarla mediaya açıqlanan 81 yaşlı məhkum, yanvarın 27-si sübh saatlarında dara çəkilib.

 

Həmin gün, əyalətdə qətl ittihamı ilə daha 1 nəfər dar ağacından asılıb. Bildirilir ki, Xanmirzə şəhər sakini olan və adı mediaya açıqlanmayan 31 yaşlı məhkum, altı il əvvəl edama məhkum edilsə də, hökm dünən yerinə yetirilib.

 

Hər iki məhkumun əyalətin konkret hansı zindanında dara çəkilməsi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar