SON XƏBƏRLƏR

İranda daha 3 məhbus edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb

2021.10.20, 07:36
İranda daha 3 məhbus edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb

Gunaz.tv

GünAzTV: İranda hüquq-mühafizə qüvvələrinə silahlı müqavimət göstərməkdə və bir polis əməkdaşını qətlə yetirməkdə günahlandırılaraq ölümə məhkum edilmiş daha 3 siyasi məhbus, barələrində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb.

 

 İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərinin mərkəzi zindanında saxlanılan siyasi məhbuslar, 21 yaşlı Dürməhəmməd Şəhbəxş, 23 yaşlı İsmayıl Şəhbəxş və Pakistan vətəndaşı olduğu bildirilən 24 yaşlı Həyatullah Nuti Zehi, sentyabrın 1-də həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülüb.

 

Onlar, 2015-ci ilin iyul ayında yerli hüquq-mühafizələri ilə baş verən silahlı qarşıdurmada bir polis polkovnikini qətlə yetirməkdə və polisə silahlı müqavimət göstərməkdə günahlandırılıb. Hər üç müttəhimin yaxın saatlarda və ya yaxın günlərdə dara çəkiləcəyi gözlənilir.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar