İranda son 24 saat ərzində daha 362 nəfər koronavirusdan ölüb, 13 621 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb.
Gunaz.tv
Bu barədə dekabrın 2-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 48 990 nəfərə, xəstəliyə yoluxanların sayı isə 989 572 nəfərə çatıb.
Xanım Larinin sözlərinə görə, İranda bu günə qədər 678 054 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçünün bildirdiyinə görə, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində saxlanılan 5828 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirua üçün 6 milyon 212 min 694 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 48 990 nəfərə, yoluxanların sayının isə 989 572 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 170 000 nəfəri keçdiyini, 21 milyondan çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
A.M