İranda son sutka ərzində daha 382 nəfər koronavirusdan vəfat edib, 13 881 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb.
Gunaz.tv
Bu barədə dekabrın 1-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 48 628 nəfərə, xəstəliyə yoluxanların sayı isə 975 951 nəfərə yüksəlib.
Xanım Larinin sözlərinə görə, İranda bu günə qədər 677 963 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçü deyib ki, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində saxlanılan 5840 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 6 milyon 168 min 637 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 48 628 nəfərə, yoluxanların sayının isə 975 951 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 169 000 nəfəri keçdiyini, 20 milyon 950 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
A.M