İranda daha 43 kino xadimi, rejissor və yazıçı Tehranla Pekin arasında imzalanmış məxfi sənədə qarşı çıxdı

2021-04-13 11:35

İranda hökumətin və təhlükəsizlik qurumlarının bütün təzyiq və təhdidlərinə baxmayaraq, daha 43 kinematoqrafçı, kinorejissor və yazıçı 18 həmkarının Tehranla Pekin arasında imzalanmış 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi”nə qarşı yaydıqları etiraz bəyanatına dəstək veriblər.

Gunaz.tv Quote | Gunaz article

Yayılan məlumata əsasən, 43 kinematoqrafçı, kinorejissor və yazıçı 18 həmkarının aprelin 3-də yadığı birgə bəyanatı imzalayaraq, İranla Çin arasında imzalanmış və mahiyyəti ölkə əhalisindən gizli saxlanılmış 25 illik məxfi əməkdaşlıq sənədinin legitim olmadığını və onun İranın milli mnafeyinə zidd olduğunu bildiriblər. 


Bununla da Tehranla Pekin arasında imzalanmış bir çox sahələrdə 25 illik əməkdaşlıq sənədinə qarşı çıxan və onu qeyri-legitim adlandıran iranlı kinematoqrafçıların sayı 61 nəfərə yüksəlib. 


Bildirilir ki, bəyanatı imzalayan tanınmış kinomatoqrafçılar arasında Məhnaz Əfşar, Mitra Həccar, Möhsün Əmir Yusifi, Saman Salur, İnayət Səmiyi, Mustafa Xerqəpuş və Firiştə Sədr Orəfayinin də adları var.  


Xatırladaq ki, 18 iranlı kinemotoqrafçı aprelin 3-də birgə bəyanat yayaraq, Tehranla Pekin arasında imzalanmış 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi”nin ölkənin milli mənafeyinə zidd olduğunu bildiriblər.


“İranla Çin arasında imzalanmış 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi”nin məzmunu xalqdan gizlin saxlanılır. Hesab edirik ki, bu sənəd qeyri-legitim olmaqla yanaşı, həm də ölkənin və xalqın milli mənafeyinə ziddir”, -deyə 18 iranlı kinematoqrafçının yaydığı birgə bəyanatında bildirilir. 


Bəyanatın yayılmasından sonra ona imza atanlardan biri olan kinematoqrafçılardan Məhəmməd Rəsulof aprelin 7-də şəxsi “Twitter” hesabında etdiyi paylaşımda təhlükəsizlik qurumları tərəffindən təhdid edildiklərindən xəbər vermişdi.


“Sepah”a bağlı “mashreghnews.ir” saytının müxbiri bəyanatı imzalayan kinematoqrafçıların əksəriyyəti ilə ayrı-ayrılıqda telefon əlaqəsi saxlayaraq, onlardan öz imzalarını geri götürmələrini tələb edib. Kinematoqrafçılar təhdid edilərək onlara bildirilib ki, əgər etdikləri bu əmələ görə tövbə etməsələr və yaydıqları bəyanatdan imzalarını geri götürməsələr, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəfindən onların kino sahəsindəki bütün fəaliyyətlərinə qadağa qoyulacaq, özləri isə qısa zaman içində həbs olunacaqlar”, -deyə Məhəmməd Rəsulof “Twitter” hesabındakı paylaşımında bildirib.

برنامه همکاری های جامع ۲۵ ساله ایران و چین - سبزوار نیوز

Qeyd edək ki, martın 27-də Tehranda İranla Çin arasında müxtəlif sahələri əhatə edən 25 illik “Hərtərəfli Əməkdaşlıq Sənədi” imzalanıb.


Sənəd Çin Xarici İşlər naziri Vang Yi və İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif tərəfindən imzalanıb.


İranın “dini lider”i Əli Xamneyinin razılığı və birbaşa göstərişi ilə imzalanan sənədin mətni və məzmunu xalqdan gizlin saxlanılsa da, Tehran rejiminin müxtəlif sahələrdə Pekinə birtərəfli olaraq çoxlu imtiyazlar verdiyi barədə xəbərlər yayılır. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Müxalifət Ermənistan hakimiyyətini istefaya səslədi

2021-05-16

gun az article

Rusiya MN-dən sülhməramlılarla bağlı yeni AÇIQLAMA

2021-05-16

gun az article

Azərbaycanda son sutkada 1 122 nəfər COVID-19-dan sağalıb, 472 nəfər yoluxub

2021-05-16

gun az article

Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” başladı

2021-05-16

gun az article

Son 15 ildə Azərbaycanda insan alveri ilə bağlı 4 248 cinayət faktı qeydə alınıb

2021-05-16

gun az article

Roma Papası Qəzza ilə bağlı çağırış edib

2021-05-16

gun az article

İranda koronavirusdan daha 303 nəfər ölüb, 11 291 nəfər virusa yoluxub- RƏSMİ STATİSTİKA

2021-05-16

gun az article

Dünya Bankı: Azərbaycanda pandemiyanın səngiməsi iqtisadi bərpanı dəstəkləyəcək

2021-05-16

gun az article

Şəhid zabitin dəfnindən FOTOLAR

2021-05-16

gun az article

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayır

2021-05-16

gun az article

Baş konsul: “Ermənistan adi məsələdən yersiz təşviş yaradır”

2021-05-16

gun az article

Ordumuz hərəkətə keçdi - Terrorçuların zərərsizləşdirilməsi tapşırıqları icra ediləcək

2021-05-16

gun az article

Almaniyada sinaqoq və yəhudi abidələrinə hücum olub

2021-05-16

gun az article

İranla sərhəddə atışmada şəhid olan zabit Tovuzda dəfn ediləcək

2021-05-16

gun az article

Sahibə Qafarova İtaliyaya səfərə gedir

2021-05-16

gun az article

Leyla Abdullayeva: “Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır”

2021-05-16

gun az article

“HƏMAS”ın silah saxladığı 11 mərtəbəli bina dağıdıldı

2021-05-15

gun az article

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

2021-05-15

gun az article

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

2021-05-15

gun az article

Udi xalqının çox böyük tarixi mirası var - İlham Əliyev

2021-05-15