İranda son sutka ərzində daha 453 nəfər koronavirusdan ölüb, 12 460 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb.
Gunaz.tv
Bu barədə noyabrın 23-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 45 255 nəfərə, virusa yoluxanların sayı isə 866 821 nəfərə çatıb.
Xanım Larinin bildirdiyinə görə, bu günə qədər 610 406 nəfər infeksiyadan tam sağalaraq evə buraxılıb.
Sözçü deyib ki, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində saxlanılan 5812 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirusla bağlı 5 milyon 828 min 307 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 45 255 nəfərə, yoluxanların sayının isə 866 821 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 160 300 nəfəri keçdiyini, 20 milyon 550 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
A.M