SON XƏBƏRLƏR

İranda daha 47 nəfər koronavirusdan ölüb. İnfeksiyadan ölənlərin sayı 6203 nəfərə çatıb

2021.10.20, 07:36
İranda daha 47 nəfər koronavirusdan ölüb. İnfeksiyadan ölənlərin sayı 6203 nəfərə çatıb

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mayın 3-də mediaya açıqlamasında ölkədə koronavirusdan ölənlərin yeni statistikasını yayıb.

 

Cahanpur bildirib ki, İranda son bir gün ərzində daha 47 nəfər koronavirusdan həyatını itirib: “Son 24 saat ərzində həmçinin 976 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə bu günə qədər “Covid-19” infeksiyasından ölənlərin ümumi sayı 6203 nəfərə, xəstəliyə yoluxanların ümumi sayı isə 97424 nəfərə yüksəlib.

 

Xoşbəxtlikdən xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq, 78422 nəfərə çatıb. Təəssüflər olsun ki, hazırda koronavirusa yoluxan xəstələrdən 2690 nəfərinin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur koronavirus pandemiyası qurbanlarının yeni statistikanı yayarkən  bəyan edib.

 

 

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 6203 nəfərə, yoluxanların sayının isə 97424 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, ölkədə indiyə qədər koronavirusdan ölənlərin sayının 38000-i keçdiyini, 1 milyona yaxın insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar