SON XƏBƏRLƏR

İranda daha 6 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranda daha 6 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda qətldə və cinsi təcavüzdə günahlandırılaraq ölümə məhkum edilmiş daha 6 nəfər edam edilib. Edam edilənlərdən biri Əfqanıstan vətəndaşıdır.

 

İran mənbələrinin yaydığı xəbərə əsasən, qətldə günahlandırılan müttəhimlərdən biri, avqustun 7-si sübh saatlarında Bəndər Abbas zindanında, 2-si isə avqustun 8-də Kərəcin Rəcayişəhr həbsxanasında dara çəkilib. Bildirilir ki, müttəhimlərdən biri 12 il həbsdə saxlandıqdan sonra edam edilib.

 

Həmçinin avqustun 8-də 3 nəfər Minab zindanında dar ağacından asılıb. Hər üç müttəhim, zorlamada təqsirli bilinib. Edam edilənlərin adları mediaya açıqlanmayıb.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar