SON XƏBƏRLƏR

İranda daha 7 bəhai tutulub

2021.10.20, 07:36
İranda daha 7 bəhai tutulub

Gunaz.tv

GünAzTV: İranın Buşehr şəhərində bəhai dininə mənsub olan daha 7 nəfər tutulub. Bununla da son həftələrdə müxtəlif şəhərlərdə həbs edilən bəhailərin sayı onlarla nəfərə çatıb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, ETTELAAT-ın Buşehr şöbəsinin  əməkdaşları, fevralın 13-ü sübh saat 7 radələrində bir neçə bəhainin evinə hücum edib. Hücum nəticəsində bəhailər, Minu Riyazi, Əsədulla Cabiri, yoldaşı Ehtiram Şəxsi, Emad Cabiri, Fəridə Cabiri, Ləqa Fəramərzi və Punə Naşiri həbs edilərək naməlum istiqamətə aparılıb. Bəhailərin mənzilində axtarış aparılıb, onlara məxsus kompüterlər, dini kitablar, ailə şəkillərindən ibarət albomlar və bir sıra digər şəxsi əşyalar götürülüb. Tutulan bəhailərin hazırda harada saxlanıldığı və onların konkret nədə günahlandırıldığı barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikası konstitusiyası bəhai dinini müstəqil bir din kimi tanımır. Elə buna görə də, son 40 ildə ölkədə bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb. İrandakı ruhanilərin təhriki ilə “Hizbullah”çı qruplaşmalar vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını dağıdırlar. 1979-cu ildə İranda üzdəniraq molla hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar