SON XƏBƏRLƏR

İranda daha 7 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranda daha 7 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda əsasən qətldə günahlandırılaraq qisasa məhkum edilmiş daha 7 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, barələrində çıxarılmış ölüm hökmünün icrasına hazırlıq məqsədilə üç gün əvvəl təkadamlıq kameralara köçürülən müttəhimlər (Məhəmməd Əxtər Şumar, Əbülfəzl Nərimanpur, Müslüm Məhəmmədi, Nima İsmayıliyan, Həmid Abdullahi, Mustafa Çardoli və Əmir Abbas Ərdistani) dekabrın 20-si sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr zindanında dara çəkilib. Bildirilir ki, həmin şəxslərdən bəziləri bir neçə il həbsdə saxlandıqdan sonra edam edilib.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar