SON XƏBƏRLƏR

İranda daha 71 nəfər kronavirusdan həyatını itirib. Xəstəlikdən ölənlərin sayı 5877 nəfərə çatıb (Yeni statistika)

2021.10.20, 07:36
İranda daha 71 nəfər kronavirusdan həyatını itirib. Xəstəlikdən ölənlərin sayı 5877 nəfərə çatıb (Yeni statistika)

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 28-də mediaya açıqlamasında koronavirus qurbanlarının yeni rəsmi statistikasını yayıb.

 

 O bildirib ki, son 24 saat ərzində İranda daha 71 nəfər “Covid-19” xəstəliyindən həyatını itirib: “Bununla da ölkdə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 5877 nəfərə çatıb. Həmçinin 1112 yeni koronavirusa yoluxma faktının aşkarlanması ilə infeksiyaya yoluxanların ümumi sayı 92584 nəfərə yüksəlib.

 

Xoşbəxtlikdən həmin müddət ərzində xəstəlikdən sağalıb evə buraxılanların sayı da artaraq, 72439 nəfəri ötüb. Təəssüflər olsun ki, hazırda həkimlərin ciddi nəzarəti altında saxlanılan pandemiya xəstəliyinə yoluxanlardan 2983 nəfərinin durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mediaya gündəlik açıqlamasında əlavə edib.

 

 

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 5877 nəfərə, yoluxanların sayının isə 92584 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki müstəqil mənbələr, indiyə qədər koronavirusdan ölənlərin sayının 36 mini keçdiyini, yüzlərlə min insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar