SON XƏBƏRLƏR

İranda daha 87 nəfər koronavirusdan ölüb, 1343 yeni “Covid-19” virusuna yoluxma faktı aşkarlanıb (Yenilənmiş statistika)

2021.10.20, 07:36
İranda daha 87 nəfər koronavirusdan ölüb, 1343 yeni “Covid-19” virusuna yoluxma faktı aşkarlanıb (Yenilənmiş statistika)

Gunaz.tv

GünazTV: İranda son bir sutka ərzində daha 87 nəfər koronavirusdan ölüb, 1343 yeni “Covid-19” infeksiyasına yoluxma faktı aşkarlanaraq qeydə alınıb.

 

Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 19-da mediaya açıqlamasında koronavirus qurbanlarının yeni statistikasını açıqlayarkən məlumat yayıb.

 

O deyib ki, ötən bir gündə daha 87 nəfərin ölməsi ilə İranda “Covid-19” infeksiyasından ölənlərin ümumi sayı 5 min 118 nəfərə çatıb: “Həmçinin 1343 yeni koronavirus infeksiyasına yoluxma faktı da aşkarlanaraq qeydə alınıb. Bununla da bu günə qədər ölkədə koronavirusa yoluxanların ümumi sayı 82 min 211 nəfərə yüksəlib.

 

 Xoşbəxtlikdən koronavirus xəstəliyindən sağalıb evə buraxılanların sayında da artım müşahidə olunur və hazırda bu şəxslərin sayı 57 min 23 nəfərə çatıb.

 

Təəssüflər olsun ki, hazırda virusa yoluxanlardan 3456 nəfərinin durumu ağır olaraq qalır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mediaya açıqlamasında bildirib.

 

 

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 5118  nəfərə, virusa yoluxanların sayının isə  82211 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki mənbələr, “Covid-19” pandemiyasından ölənlərin və infeksiyaya yoluxanların sayının ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar