SON XƏBƏRLƏR

İranda daha 88 nəfər koronavirusdan ölüb, 1297 yeni “Covid-19” infeksiyasına yoluxma faktı aşkarlanıb (Yeni statistika)

2021.10.20, 07:36
İranda daha 88 nəfər koronavirusdan ölüb, 1297 yeni “Covid-19” infeksiyasına yoluxma faktı aşkarlanıb (Yeni statistika)

Gunaz.tv

GünazTV: İranda son bir sutka ərzində daha 88 nəfər koronavirusdan ölüb, 1297 yeni “Covid-19” infeksiyasına yoluxma faktı aşkarlanıb. 

 

Bu barədə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 21-də mediaya açıqlamasında koronavirus qurbanlarının yeni statistikasını yayarkən məlumat verib.

 

O deyib ki, son bir gün ərzində daha 88 nəfərin xəstəlikdən ölməsi ilə İranda koronavirusdan ölənlərin ümumi sayı 5297 nəfərə yüksəlib: “Həmçinin 1297 yeni koronavirusa yoluxma faktının qeydə alınması ilə ölkədə “Covid-19” infeksiyasına yoluxanların  ümumi sayı da 84 min 802 nəfərə yüksəlib.

 

Xoşbəxtlikdən “Covid-19” xəstəliyindən sağalıb evə buraxılanların sayı da artaraq, 60 min 965 nəfərə çatıb.

 

Təəssüflər olsun ki, hazırda virusa yoluxanlardan 3357 nəfərinin durumu ağırdır və həmin xəstələr reanimasiya şöbələrində saxlanılırlar” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

 

 

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 5297 nəfərə, virusa yoluxanların sayının isə  84802 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki mənbələr, “Covid-19” pandemiyasından ölənlərin və infeksiyaya yoluxanların sayının ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar