SON XƏBƏRLƏR

İranda daha 94 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 4777 nəfərə yüksəlib (Yeni statistika)

2021.10.20, 07:36
İranda daha 94 nəfər koronavirusdan ölüb. Ölənlərin sayı 4777 nəfərə yüksəlib (Yeni statistika)

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 15-də mediaya açıqlamasında ölkədə son bir gün ərzində koronavirus qurbanlarının yeni statistikasını yayıb.

 

Cahanpur deyib ki, ötən bir gün ərzində İranda daha 1512 yeni koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb: “Dünən günorta saatlarından indiyə qədər  daha 94 nəfərin ölməsi ilə ölkədə “Covid-19” pandemiyasından ölənlərin ümumi sayı 4777 nəfərə, infeksiyaya yoluxanların ümumi sayı isə 76 min 389 nəfərə çatıb.

 

Xoşbəxtlikdən koronavirusdan sağalıb evə buraxılanların sayı da artaraq, 49 min 933 nəfərə çatıb.

 

Təəssüflər olsun ki, hazırda reanimasiya şöbələrində saxlanılan, infeksiyaya yoluxanlardan 3643-ünün sağlamlıq durumu ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur mediaya açıqlamasında bəyan edib.

 

 

Qeyd edək ki, Kiyanuş Cahanpur ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 4777 nəfərə, yoluxanların sayının isə 76 min 389 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərindəki mənbələr, “Covid-19” pandemiyasından ölənlərin və infeksiyaya yoluxanların sayının ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar