SON XƏBƏRLƏR

İranda daha bir jurnalist cəzalandırıldı

2021.10.20, 07:36
İranda daha bir jurnalist cəzalandırıldı

Gunaz.tv

GünAzTv: İranın məşhur jurnalisti, islahatçı baxışları ilə fərqlənən Maşallah Şəmsülvaizin 16 ay azadlıqdan məhrum edilib. O, Mahmud Əhmədinejadı təhqir etməkdə və islam rejiminə zərbə vurmaqda günahlandırılıb. Bu barədə Lent.az “France Presse” agentliyinə istinadən xəbər yayıb.Maşallah Şəmsülvaizin deyib ki, onu 4 ay əvvəl “Al-Arabiya” telekanalına müsahibə verərək Mahmud Əhmədinejadın lovğalıqdan əziyyət çəkdiyini söyləməsinə görə mühakimə ediblər. 20 gün ərzində jurnalist məhkəmənin hökmündən şikayət verə bilər. Qeyd edək ki, İran Jurnalistlər Assosiasiyasına rəhbərlik edən Maşallah Şəmsülvaizin bir neçə islahatçı yönümlü qəzetin redaktoru olub. Həmin qəzetlər 1998-2000-ci illərdə bağlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar