SON XƏBƏRLƏR

İranda daha bir vəzifəli “ayətullah” koronavirusdan ölüb

2021.10.20, 07:36
İranda daha bir vəzifəli “ayətullah” koronavirusdan ölüb

Gunaz.tv

GünazTV: İranda Üləma Məclisinin üzvü, Golpayeqan şəhərinin keçmiş imam cüməsi “ayətullah” Seyid Haşım Bəthayi koronavirusdan ölüb.

 

İranın hökumət saytlarının yaydığı xəbərə əsasən, “Covid-19” virusuna yoluxduğu üçün iki gündən bəri həkimlərin nəzarəti altında müalicə alan axund, martın 15-dən 16-sına keçən gecə Qumun “Şəhid Beheşti” xəstəxanasının reanimasiya şöbəsində keçinib.

 

“Ayətullah”ın virusa nə vaxt və necə yoluxduğu barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin martın 15-də koronavirus qurbanlarının sayı ilə bağlı yaydığı statistikasına əsasən, dünən günorta saatlarına qədər İranda koronavirusa yoluxanların sayı 13938 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 724 nəfərə çatıb.

 

 A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar