İranda dini etiqadla bağlı araşdırmanın nəticəsi: "Xalq dinsiz olub"

2020-09-12 14:47

"Conversation" internet nəşrinin yaydığı araşdırmada İranda insanların dini etiqadının kəskin şəkildə azaldığı müşahidə olunur.

Gunaz.tv Quote | Gunaz article

Nəşrin "İranda Təmayüllərin Təhlil və Araşdırılması Qrupu"nun apardığı həmin tədqiqatın nəticəsinə görə, bu ölkənin vətəndaşları daim öz görüşlərini ifadə etməyə görə hökumət tərəfindən cəzalandırılmaq qorxusu ilə yaşayırlar. 


Buna görə də qrup birbaşa olaraq İran vətəndaşları ilə siyasi və dini görüşləri ilə bağlı sorğu apara bilməyib, əvəzində onlarla sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq bu sorğunu hazırlayıb. 


Bildirilir ki, İran internet istifadəçisinin sayı xeyli yüksəkdir və əhalinin təxminən 70%-i azı 1 sosial şəbəkə platformasından istifadə edir. 


Araşdırmada qeyd edilir ki, İran əhalisinin yalnız 40%-i özünü inanclı müsəlman hesab edir. Halbuki İran hökuməti iddia edir ki, ölkə əhalisinin 99.5%-i müsəlmandır. 


İran cəmiyyətinin əksəriyyətinin şiələrdən ibarət olduğunu təbliğ edən hökumətin əksinə olaraq, araşdırmada bildirilir ki, təkcə 32% özünü şiə müsəlman hesab edir. Sorğudan iştirak edənlərdən 5%-i özünü sünni müsəlman, 3%-i sufi, 9 faizi dinsiz və 7 faizi yalnız mənəviyyat tərafdarı hesab edir. 


Dindarlar arasında 7 faizi zərdüştlüyə etiqad etdiyini deyib. Qrupun təhlilçilərinin sözlərinə görə, zərdüştlüyü qəbul edənlər bu dini daha çox İran millətçiliyi səbəbindən islama alternativ olaraq seçiblər, əslində isə din olaraq ona elə də inancları yoxdur. 


Sorğuda iştirak edənlərdən 1.5 faizi isə xristian olduğunu deyib. 


Tədqiqatda təqriban İran vətəndaşlarından 78%-nin müəyyən mənada yaradana inancı olduğu müşahidə edilir. Eləcə də, onlardan yalnız 37%-i axirət gününə və 30 faizi cənnət və cəhənnəmin olduğuna inanır. Cin və mələk kimi varlıqların mövcudluğuna isə sual ünvanlananlardan yalnız 1/4-i inandığını deyib. 


Sorğu iştirakçılarından 20 faizi isə nə Allaha, nə də heç bir dinə inanmadığı bəyan edib. Bu sorğunun nəticələri göstərir ki, inqilabın ilkin illəri ilə müqayisədə İran cəmiyyəti sürətli şəkildə dinsizləşmək və dini plüralizmə yönəlməkdədir. Sorğu iştirakçılarından əksəriyyəti, yəni təxminən 90 faizi ailələrinin öncələr dindar olduğunu deyiblər. 47%-in dediklərinə görə, əvvəllər ailələrinin ənənəvi olaraq etiqad etdiyi islam dininə inansalar da, sonradan inanclarını itiriblər. 6 faiz insan isə sonradan xristianlığı qəbul etdiyini bildirib. 


Cavanlar yaşlılardan daha çox ailələrinin etiqad etdiyi ənənəvi inanc formalarını tərk ediblər. Yeni din qəbul edənlər içərisində isə xristianlığa yönələnlər arasında cavanların sayı üstünlük təşkil edir.


Sorğunun nəticələri göstərir ki, İranda İslam Respublikasının qurulmasından sonra əhali arasında dinə inam kəskin dərəcədə aşağı enib. 


Ə.A


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Sep.23.2020 : “Amerika BMT-dən Çindən hesabat istəməyi yələb etdi.”

2020-09-23

gun az article

İranda dolların məzənnəsində yeni rekord qeydə alınıb

2020-09-23

gun az article

İranda daha 184 nəfər “Covid-19”dan ölüb, 3605 yeni növ koronavirusa yoluxma halı aşkarlanıb

2020-09-23

gun az article

Zərifin Türkiyəyə nəzərdə tutulan səfəri son anda ləğv edilib

2020-09-23

gun az article

"Sepah" işçiləri Nazənin Zağəriyə təzyiq göstərirlər

2020-09-23

gun az article

İranın Əlbürz əyalətində daha 13 nəfər koronavirusdan ölüb

2020-09-23

gun az article

Tehranda dondurma zavodunda güclü yanğın baş verib- VİDEO

2020-09-23

gun az article

İran Tibb Sistemi Təşkilatının baş direktoru koronavirusa yoluxub

2020-09-23

gun az article

Səudiyyə Ərəbistanı: "İranla hər cür razılaşma nüvə silahının yayılmaması ilə nəticələnməlidir"

2020-09-23

gun az article

Hormozqan əyalətində 4.2 bal gücündə zzəlzələ olub

2020-09-23

gun az article

Rusiyalı ekspertlər: Cənubi Qafqazda sülhə nail olunmasının yolu Ermənistanın işğal olunmuş əraziləri tərk etməsidir

2020-09-22

gun az article

İlam əyalətində koronavirusdan vəfat edənlərin sayı 239 nəfərə çatıb

2020-09-22

gun az article

Amerika İranın nüvə və raket peoqramı ilə əməkdaşlıq edən onlarla şəxsə və quruma sanksiya qoyub

2020-09-22

gun az article

İranda kasıblıq səbəbindən əhalinin ət alışı 35 faiz azalıb

2020-09-22

gun az article

İranda daha 178 nəfər koronavirusdan ölüb, 3712 nəfər “Covid-19”a yoluxub

2020-09-22

gun az article

ÜST: COVID-19-la mübarizə üçün 200 vaksin kliniki və klinikəqədərki sınaqlar mərhələsindədir

2020-09-22

gun az article

Avropa İttifaqı İrandan bütün nüvə öhdəliklərinə əməl etməsini tələb edib

2020-09-22

gun az article

İranda noyabr etirazçılarından biri "Kəhrizək" zindanında vəfat edib

2020-09-22

gun az article

Əli Rəbii: "Böyük ehtimalla Nətənz partlayışı daxili ünsürlər tərəfindən törədilib"

2020-09-22

gun az article

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 1100 nəfərə çatıb

2020-09-22